BolgeXeber.Com » Dünya » Suriya banklarında pul qalmadı

Suriya banklarında pul qalmadı

21-07-2012, 11:15
Oxunub: 4 388 Suriyanın bir çox dövlət və özəl banklarında pul qurtarıb.

Bu barədə BMT-nin Qaçqınların işi üzrə Ali komissarlığının nümayəndəsi Melissa Fleminq məlumat verib: “Biz Suriya banklarında pul vəsaitlərinin qurtarması barədə məlumat almışıq. Mən indicə Suriyanın dövlət və özəl banklarının vəsaitsiz qalması barədə hesabat almışam. Bunun bütün banklara aid olub-olmadığını bilmirəm”.
Bank böhranı Suriya vətəndaşları və qaçqınlarına təsir edəcək. Nağd pulların çatışmaması artıq paytaxtda bir gecəlik kirayənin 100 dollara çatmasına səbəb olub.
APA