BolgeXeber.Com » Analitika » Eldar Mahmudovun baş "torbatikən"inin dar gün tədarükü - Generalın Çexiya biznesi...

Eldar Mahmudovun baş "torbatikən"inin dar gün tədarükü - Generalın Çexiya biznesi...

18-07-2016, 14:10
Oxunub: 5 116 Eldar Mahmudovun baş "torbatikən"inin dar gün tədarükü - Generalın Çexiya biznesi...Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlan Şıxəliyevin Çexiyada böyük biznesi var

MTN-in baş istintaqçısı olmuş Mövlan Şıxəliyev bu biznesi hələ beş il öncə yaradıb.

Bu barədə Mövlam Şıxəliyevə yaxın mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, generalın Çexiya paytaxtı Praqada bir neçə restoranı var. Onların idarəçiliyi isə oğlundadır.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyindəki cinayətkar dəstənin əsas üzvlərindən biri olan Mövlan Şıxəliyev saxta-qurama ittihamlarla şərlənən yüzlərlə insanın həyatını məhv edənlərdəndir. Onun əlinin altında olan istintaqçılar son illər ərzində yüzlərlə Azərbaycan vətəndaşını qanunsuz həbsə yollayıb.

Mövlan Şıxəliyevin azadlıqda qalması isə cəmiyyətdə ciddi suallar doğurur. Görünür, Mövlan Şıxəliyevin həbsə girməsinə mane olanlar var. Yaxın günlərdə azadlıqda qalan şəbəkənin əsas simalarından biri olan bu adam barəsində daha geniş araşdırmamızla tanış ola biləcəksiniz.(Gununsesi.info)