BolgeXeber.Com » Gündəm » “Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO

“Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO

20-07-2016, 17:28
Oxunub: 16 930 “Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTOTarix yazan, dağılan ,amma bununla belə tarixin yaddaşına köçməyən ,yaşayan “Həkəri”..

Bolgexeber.com-un bugünkü müsahibi çox maraqlı şəxs- “Həkəri” futbol klubunun təsisçisi və məşqçisi,keçmiş Qarabağ döyüşçüsü Cavanşir Əliyevdir.Onu təkcə məşqçi adlandırmaq az olardı.C.Əliyev nəinki,təkcə məşqçilik edir,həmçinin öz işinin,futbolun vurğunu olan ,Qubadlının adını yaşadan hərtərəfli və səmimi bir insandır. Cavanşir Əliyev 18 iyul 1974-cu ildə Qubadlı rayonunun Sarıyataq kəndində anadan olub. Uşaq vaxtlarından fubola böyük marağı olub. Kiçik yaşlarında futbolda kumiri o zaman SSRİ-nin ən güclü klubu sayılan Kiyev“Dinamo"sunun oyunçuları -Oleq Bloxin, Aleksandr Zavarov olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol ixtisası üzrə məzunudur. Həm də ağır atletika üzrə idman ustasıdır.

Qısa məlumat: Qubadlının Həkəri cayının adı ilə adlandırılan “Həkəri” futbol klubu 2001-ci ildə Cavanşir Əliyev tərəfindən təsis edilib, həmin ilin noyabrın 20-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçən “Həkəri” futbol klubu 4 yaş qrupunda fəaliyyət göstərir və AFFA ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin bayrağı altında keçirilən müxtəlif birinciliklərdə yüksək yerləri tutub. Ən yüksək gösrəriciyə 2003/04 mövsümündə nail olub.Həmin mövsümdə “Həkəri futbol klubu AFFA-nın həvəskarlar arasında keçirdiyi çempionatın qalibi olub. 2011-ci ildə böyüklərdən ibarət “Həkəri” komandası maliyyə problemi səbəbindən I divizionda çıxışını rəsmən dayandırıb. Komanda dağıan zaman çempionatın 6 ayını arxada qoyan “Həkəri” 14 komanda arasında 5-ci yeri bölüşürdü.
Hal-hazırda “Həkəri” futbol klubunun 15 yaşacan aşağı yaş qruplarından ibarət komandalarına məşqçilik edir Klubun komandaları öz məşqlərini Sumqayıt Olimpiya İdman Kompleksinin süni örtüklü futbol meydançasında keçirir.

“Həkəri” futbol kulubunun məşqçisi C.Əliyevlə müsahibəni oxuculara təqdim edirik:

─ Cavanşir müəllim,hər şey necə başladı,futbola necə gəlmisiniz? ”Həkəri” futbol kulubunun yaranma tarixi haqda danışmağınızı istərdik.

“Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO

─ Mən Qubadlıda doğulmuşam,böyümüşəm.Biz o zaman yeniyetmələr arasında futbol üzrə “Sevinc “kuboku var idi, Spartakiada, rayonlararası,məhlələrarası, məktəblərarası çempionat var idi . O zaman mən də oraya dəvət aldım oynamağa başladım.Futbolçu olmaq mənim ən böyük arzularımdan biri olub. O zaman 14-15 yaşımız var idi,o vaxtı rəhmətlik Milli Qəhrəman Əliyar Əliyev Qubadlıda idman komitəsinin sədri idi.Rayon idman sahəsinə o baxırdı.1989 –cu ildə Bakıda oynadım,1 il də Sumqayıtda ,91-ci iləcən. Lakin Qarabağ münaqişəsi başlayandan sonra mən futboldan ayrıldım.
“Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO
Mənim həqiqi hərbi xidmədə çağırış dövrüm 1992-ci il idi.Lakin mən 1991-ci ilin noyabrında könüllü olaraq Qubadlının yerli özünümüdafiə batalyonuna qoşuldum.Sonradan həqiqi hərbi xidmədə çağrıldım 1996-cı ilin iyun ayınacan iləcən Cəbrayıl, Füzuli,Laçın, Ağdam, Zəngilan Ağdam istiqamətində xidmət etmişəm. 2 dəfə ağır yaralanmışam,6 ay qospitalda yatmışam. Ölkəmizin başının üstünü qara buludlar almışdı və təbii ki,mən erməni işğalçılarına qarşı müharibəyə qoşuldum və idmandan tamamilə uzaqlaşdım.
“Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO

1997-ci ildə ordudan təxris olunaraq gəldim Bakıya, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına sənəd verib daxil oldum və oranı əla qiymətlərlə bitirdim.

─Hansı zərurətdən yarandı”Həkəri” klubunun yaradılması?

─ Ordudan təxris olunandan sonra fikirləşdim ki, mən futbolda öz arzuma çatmasam da gəncləri öz ətrafımda birləşdirim , bir yerə toplayım onları sağlam ruhda, sağlam düşüncədə tərbiyə edim.
Mən o zaman orta məktəbdə hərbi rəhbər işləyirdim. Gənclər və İdman Nazirliyinin Şimal bölgəsi üzrə 12 yaşlılar arasında “Sevinc” kuboku yarışı keçirilirdi və zona birinciliyində rəhbərlik etdiyim klub birinci yeri tutdu. Yarımfinala çıxdıq. O vaxt biz Qubadlının İdman və Gənclər İdarəsinin xətti ilə 14 komanda arasında çempionatda 1-ci yeri tutduq və Şəki şəhərində keçirilən yarımfinal oyununa vəsiqə qazandıq.Mən o komandanı 1 ay ərzində hazırlamışdım elə dərs dediyim məktəbin şagirdləri arasından seçib Respublika üçüncüsü olduq. Komandaya diplom və hədiyyələr təqdim olundu və mən ən yaxşı məşqçi seçildim. Qazandığım bu nailiyyət mənə stimul verdi .
Baxdım ki,rayonumzdan -Qubadlıdan olan qaçqınlar əsasən Sumqayıtda məskunlaşıb və qərara aldım ki,rayonumuzun gənclərinin yeniyetmələrinin asudə vaxtının yaxşı keçirilməsi üçün nəsə bir iş görmək lazımdır. Onların yaxşı futbolçu kimi yetişməsini,yığmaya, klublara cəlb olunmasını qarşıma məqsəd qoydum . Daxilimdə belə bir istək yarandı ki,rayonun adına bir klub yaradım.
“Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO

Özüm də futbolla məşğul olduğumudan o zaman rayon rəhbərliyi ilə görüşdüm və klubun yaradılması haqda layihəni təqdim etdim və xahiş etdim ki, bu yaxşı işdə mənə yardımçı olsunlar. 2001 –ci ildə “Həkəri” fubol klubunu təsis etdim.
2002-ci ildə isə klub artıq Ədliyyə Nazirliyində rəsmi olaraq dövlət qeydiyyatına alındı.O zaman əgər rəsmi qeydiyyatdan keçən 10 klub var idisə biri bizim klub idi. 2005-ci ildə UEFA-nın təşkil etdiyi məşqçilər kurslarını qatıldım, imtahan verdim C kateqoriyalı məşqçi lisenziyası aldım.

─”Həkəri “klubu kimi ən böyük uğurunuz hansı olub?

-2003-cü ildən mən artıq uşaq futbolundan boyük futbola keçdim və məşqçi kimi 17,18-19 yaşlı futbolçularla məşğul olmağa başladım.Elə həmin il mən AFFA-nın xətti ilə artıq “Həkəri” klubu Həvəskarlar liqasında çıxış etməyə başladı , hansıki,bu çempionat UEFA lisenziyalı idi. Həvəskarlar arsında Respublika çempionatı iki ildən bir keçirilirdi və beynəlxalq yarışlarda iştirak etmək imkanı verirdi. Həmin il biz 2003/2004 mövsümündə 16 komanda arasında ölkə çempionu olduq. Bu uğura görə komanda hədiyyələrlə, medallarla,kubokla mükafatlandı,mənə isə UEFA-nın nümyəndəsi tərəfindən döş nişanı təqdim olundu.

─ Klub harda məşq edirdi,necə maliyyələşirdi?

─Rayonun qaçqın düşən əhalisi əsasən Sumqayıtda məskunlaşdığı üçün Sumqayıtda Sumqayıt şəhərinin bazalarından istifadə edirdik. İlkin vaxtlarda məktəblərin torpaq stadionlarında məşq etmişik. Komanda formalaşdıqca bizə daimi idman bazasına ehtiyac var idi. Qubadlı icra hakimiyyəti Sumqayıt Gənclər və idman idarəsinə və şəhər icra hakimiyyətinə rəsmi müraciət etdi və “İnşaatşılar” stadionunda bizə məşqləri keçirmək üçün imkanları daxilində şərait yaratdılar. Həm məşqlərimizi , həm də oyunlarımızı orda keçirirdik. Sumqayıt Dövlət Unuversitetinin stadionu var idi ,ora yarasız idi . Mən universitetin rəhbərliyi ilə görüşdüm və öz vəsaitim hesabına stadionu yararlı vəziyyətə gətirdim. Açığı imkanımız məhdud idi ,şəraitimiz yaxşı deyildi, amma bununla belə sağolsunlar mənim futbolçularım, mənimlə çiyin-çiyinə verib əzmkarlıq göstərək çempion olmağa müvəffəq oldular.. O zaman klubumuzun səsinə ilk səs verən, həm mənəvi , həm də öz imkanları daxilində maddi cəhətdən dəstək olan,ona köməyini əsirgəməyən Nüsrət müəllim oldu ki, mən şəxsən öz adımdan, klubumuz , eləcə də ümumi Qubadlı idmansevərləri adından ona təşəkkürümü bildirirəm. Nüsrət müəllim bizim çempion olduğumuz dövrdə klubun bütün xərclərini öz üzərinə görürmüşdü.
“Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO

-Bəs futbolçulara maaş verilirdi?

─ Bizə yalnız forma,top ilə təmin edirdilər,səfər oyunlarının, nəqliyyat xərclərini ödəyirdilər.Maaş yox idi. Düzdür bizə zaman-zaman Qubadlıdan olan və başqa iş adamları müəyyən kömək edirdi,ancaq bunlar ancaq xərclərin ödənməsinə bəs edirdi.

Mən oyunçulara belə stimul verirdim ki, əgər onlar siz yaxşı oyun göstərməyə nail olsaz sizi imkanlı klublar transfer edib normal əməkhaqqı verər . Şükürlər olsun ki, sonradan “Həkəri” futbol kulubunun bir şox yetirmələri yüksək Liqada, peşəkar futbolçu kimi karyelarını davam etdirdilər.
“Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO

-2011-ci ildə maliyyə problemi ucbatında böyüklərdən ibarət klub dağıldı və siz yenidən uşaq futboluna qayıtdınız... Bildiyimiz kimi Prezident tərəfindən “2005-2015-ci illər futbolun inkişafı Dövlət Proqramı” qəbul olunmuşdu.Uşaq futbolu ilə məşğul olan mütəxəssis kimi sizcə bu proqram nə dərəcədə yerinə yetirilib?

─ Əlbəttə bu proqram bu böyük addım oldu Özü də sırf Azərbaycan futbolunun inkişafı ilə bağlı .Ölkə başçısının göstərişindən sonra ölkədə 40-dan çox Olimpiya İdman Komplesi tikilib.Bu da ümumən bölgələrdə idmanın inkişafı üçündür. Fərqi yoxdur, hansı idman növü olursa olsun.. Lakin ölkə başısının idmana diqqətinə, qayğısına baxmayaraq bu fərman yerli orqanlar-icra hakimiyyətləri , idman komitələri,təhsil şöbələri tərəfindən bəlkə də heç 15-20 faizi yerinə yetirilmədi.Yəni bölgələrdə idmanın inkşafı üçün ,idman bazalarının formalaşması üçün heç bir addım atmadılar.Düzdür bəzi məhlələrdə proqrama əsasən futbolun kütləviliyi üçün stadionlar tikildi. Lakin onlar standartlara uyğun tikilmədi . Bu stadionlarda hansılar ki, artıq çoxu bərbad vəziyyətə düşüb ,idmançılar üçün heç bir şərait yoxdur. Adicə soyunub-geyinmə yerləri yoxdur.
“Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO

Hər həyətdə perspektivli uşaqlar olur. Mən məsələn, məhlələri gəzib uşaqları klubuma çağırıram. Kluba 20-dən çox uşaqı mən şəxsən özüm seçim tapmışam,mənə rəsmi müraciət etməyiblər. Həyətlərdə futbol oynayan futbolçunu texniki, fiziki səviyyəsi yüksək olmasa da mən kənardan izləyib topa toxunuşundan,topla davramağından artıq müəyyən edirəm onun istedadı var və bu uşağı bir-iki ilə yaxşı futbolçu kimi yetişdirmək olar. Çox vaxt olur ki, həmin uşaqla,onun valideyni ilə danışıram,onda stimul,həvəs yaradıram, komandaya dəvət edib başlayıram onun üzərində işləməyə.Yəni futbolçu yetişdirmək çox çətin bir prosesdir. Mən 5 yaşından uşaqları komandaya götürürəm.Məqsəd də odur ki,onlarda kollektivlik hissi yaransın. Qələbələr, klubun forması,bayrağı, emblemi onlarda sevinc hissi,müsbət hisslər yaradır,gələcək uğurlara ruhlandırır. Mən uşaqları hər həftə yoldaşlıq görüşlərinə aparıram ki, uşaqlar həvəslənsinlər.Onlara özlərinə inam hissi aşılayıram. Bütün dünyada məşhur futbolçular böyük futbola məhz həyət futbolundan gəliblər.
İndi uşaqlar harda oynasınlar?! Meydança da qalmayıb,hər yer zəbt olunub. Tiklən stadionlar da dediyim kimi standartdankənardırlar. Standart mini stadion 44/ 26 (metr )ölçüsündədir. Tikilən stadionlar isə 36-ın 16-ya,40-ın 20-yədir .Özü də İki ilə yararsız hala düşüblər. Qubadlı Təhsil Şöbəsinin tərkibində 35-ə yaxın orta məktəb var.O məktəblərin böyük əraziləri var.Qubadlı camaatının 70 faizi Sumqayıtda məskunlaşıb.Mən baza tikilə bilən boş ərazilərin şəkillərin çəkdim, layihə hazırladım. Dəfələrlə Qubadlı icra hakimiyyətinin, Qubadlı Gənclər və İdman idarəsinin , klubumuz adından AFFA-ya rəsmi müraciət etmişəm ki, bizə yer ayırsınlar, amma müsbət cavab gəlmədi. Bizim kimi Sumqayıtda 20-dək məşqçi var ki, onların 90-faizinin öz bazası yoxdur,yer kirələyirlər. “Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO

-Gözəl təşəbbüsü dəstəkləməyiblər... Ümumiyyətlə Azərbaycanda , Sumqayıtda futbolun inkişafı üçün nə etmək lazımdır?

─ Hər şey uşaq Avropada klubların marketing şöbəsi var,idman bazaları var. Bu gün mən 4 yaş qrupunda 70-ə yaxın uşaqla məşğul oluram.Uşaqlarda idmana maraq yaratmaq ,aşılamaq lazımdır .Futbolçu olmasalar belə enerjilərini yaxşı şeylərə sərf etsələr yaxşıdır. Sovet dövründən fərqli olaraq İndi bir çox uşaqların fikri –zikri valideynlərin səhlənkarlığından , bütün günü ya televizorun,inernetin qabağındadır,ya da əlində telefon oyun oynayırlar. Bu baxımdan idmanın , həmçinin futbolun inkişafı, bununla da sağlam nəslin yetişməsində təbliğatın böyük rolu var.
Mən əminliklə deyə bilərəm ki, idmanla bağlı qərarlar tam yerinə yetirilsə , əgər yerli strukturlar ,iş adamları futbol klublarına maddi-mənəvi dəstək versələr 5 ildən sonra Azərbaycan klubları Avropa klubları ilə başabaş mübarizə aparar. Heç uzağa getməyək,Yaxın qardaş Türkiyəni götürək. 90-cı illərəcən Türkiyə futbolunun səviyyəsi çox aşağı idi. Bizim “Neftçi” “Qalatasaray”-a 5 qol vurub udub. Türkiyənin 8-ci prezidenti rəhmətlik Turqut Ozal Türkiyə futbolunun inkişafı üçün 5 illik dövlət proqramı qəbul elədi. Futbola yatırım edən bütün iş adamları 5 il vergilərdən azad olundular,imtiyazlar əldə etdilər. Tükiyə futbolunun inkişafı Turqut Ozalın gördüyü işin nəticəsində baş verdi.Türkiyə yığması dünyada və Avropada üçüncü oldu,Qalatasaray Kuboklar Kubokunu qazandı. İndi onlarla türk futbolçusu ən gülü klublara transfer olunur.
“Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO

-Bizdə də güzəştlər edilir,amma bununla belə sahibkarlar sponsorluğa can atmırlar...

─ İş adamları məndən iciməsin,amma rastıaşdığım,kluba kömək etmək üçün müraciət etdiyim iş adamlarının əksəriyyətinin ilk sualı o olur ki,mən kluba pul qoyuram, vəsait qoyuram amma mənim bir aydan sonra qazancımnə olacaq?!Sırf biznes nöqteyi nəzərindən baxırlar.Amma Avropada belə deyil. Yanaşma tam fərqlidir.Məsələn mən məşqçi kimi AFFA-nın xətti ilə xaricdə bir neçə dəfə treninqlərdə iştirak etmişəm, seminarlara, təlimlərə qatılmışam. Biz idman bazalarında olurduq,tərcüməçilər vasitəsilə oranın futbol mütəxəssisləri ilə ünsiyyətdə olurduq. Yerli futbol nümayəndələri bizə deyirdilər ki, onlarda iş adamları onillərlə klubun idarə heyətinin üzvü olurlar ki, nə vaxtsa gələcəkdə kluba sponsorluq etmək imkanını əldə etsinlər.Bu onlar üçün həm imic məsələsidir,həm tanınmaqdır,həm gənc nəslin sağlam ruhda inkişaf etməsi dövlətin marağına uyğun gəlir, həm də biznes baxımdan gəlir gətirən bir layihədir. Bundan başqa dövlət tərəfindən idmana himayədarlıq edənə vergidə də müəyyən güzəştlər edilir. Klubu saxlamaq üçün biznes sahəsi lazımdır. Hətta uşaq futbol klubları üçün orda iş adamları sponsorluq etmək üçün növbəyə düzlülürlər, buna can atırlar. Klubun nizamnaməsinə görə klub sahibkarlıqla məşğul ola bilər,onun zavodu da, fabriki də ola bilər.Görürsüz xarici ölkələrdə klubların əksəriyyətinin öz kafeləri mağazaları var ki,orada klubun simvolikası, suvenirlər, komandanın geyimləri satılır. Hansıların ki, satışından külli miqadarda gəlir götürülür,öz stadionları var ki,hansılarda oyunlarına bilet satışından kifayət qədər vəsait yığılır.Bütün yığılan gəlir oyunçu almağa ,klubun xərclərinə yönəlir, hələ üstəlik bir çox klublar milyonlarla xalis gəlir götürür.Yəni futbol əslində ən populyar kütləvi idman oyun olması ilə bərabər gözəl biznes sahəsidir. Futbolda olan gəlir heç bir sahədə yoxdur.Hansı sahədə kiməsə 50-100 milyon əməkhaqqı verirlər?!Sadəcə olaraq bizdə marketing çox zəif inkişaf edib.

Bu artıq açı reallığa çevrilib ki,bizdə hansısa böyük sahibkar kluba sponsorluq edir, klub deyək ki, uğur qazanır ,amma həmin sahibkarın biznesi zəifləyən kimi klub dağılır ani olaraq. Amma inkişaf etmiş ölkələrdə belə deyil. Klubun idarə heyətində 1000 nəfər üzv ola bilir ki,hansılar ki,klubun stabil maliyyə vəziyyətini müəyyən edir,onun qarantıdır.

-Futbol üzrə Dövlət proqramının icrasına bəs kim cavabdehdir?

-AFFA,Gənclər və İdman Nazirliyi hesabat verir rəhbərliyə . AFFA araşdırma aparmalıdır ki,hansı yerli strukturlar ölkə başçısının qəbul etdiyi proqramı yerinə yetirib.Çox aşağı səviyyədə yerinə yetirilib.
Hamı ölkə rəhbərindən istəyir.Amma ölkə rəhbəri hər bir məsələyə vaxt ayıra bilməz. Məsələn "Həkəri" futbol klubunun Qubadlı icra hakimiyyəti tərəfindən saxlamağı çətin bir şey deyil.Futbola gələn uşalara pul vermək lazım deyil ki?!Klubun sadəcə ehtiyacı var ki,ən azından onun səfər və ev oyunlarını keçirmək üçün öz bazası olsun,geyim,invertarlarla təmin olsunsun,nəqliyyat xərcləri ödənilsin.Klubun normal fəaliyyət göstəməsi üçün elə də güclü məbləğ lazım deyi.Yəni bu real bir şeydir,təbii ki, istək olsa.
“Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO

-İndi bizim futbolda parlaq oyunçular əvvəlkinə baxanda nəsə azdır...

-Mən həmişə deyirəm əvvəllər yaxşı futbolçular çox idi,amma yaxşı məşqçi yox idi, maddi-texniki baza çox pis idi, futbolçulara yaxşı pul vermirdilər. Amma indi məşqçilərimiz də xaricə kurslara gedib təcrübə qazandılar.İndi bizdə yaxşı məşqçilər var ,amma yaxşı oyunçu çox azdır.Əgə əvvəllər 20 uşaqdan futbola seçimlərə gələn 20 uşaqdan 10 seçilirdisə,indi maksimum 4-nü seçmək olur.Hansı idman sahəsi olursa-olsun ümumiyyətlə kənd uşaqlarının yaxşı məşqçisi oldu-olmadı, fiziki hazırlığı,dözümlülüyü yüksək olub.Onlar texini-taktiki cəhətdən zəif olsalar da fiziki gücüm hesabına yaxşı nəticə əldə ediblər.

- Sumqayıt futbolu Azərbaycan futbolununda xüsusi yer tutub. Sumqayıtın futbolu həmişə yüksəklərdə olub. Amma son zamanlar Şumqayıtı təmsil edən komandalar təəsüflər olsun ki,yüksək yerlər uğrunda mübarizədən kənarda qalır...Səbəb nədir?

-Səbəb Sumqayıtda uşaq futboluna lazımınca diqqət edilməməsidir. Sumqayıt həmişə Azərbaycan futboluna yaxşı kadrlar,futbolçular yetişdirib,indi də yetişdirir.Yığmada oynayan bir çox tanınmış futbolçular “Xəzər” Sumqayıtdan çıxıb . Sumqayıtın futbol baxımdan potensialı çox güclüdür. Sadəcə ,uşaq futboluna qayğını artıqrmaq lazımdır.
Bu sarıdan bizim klubda öz töhfəsini verə bilər. “Həkəri” klubu Qubadlını təmsil etdə də bizdə təkcə Qubadlı rayonundan olan uşaqlar məşğul olmur. “Həkəri” nin sabah əldə edəcəyi uğur bütün Azərbaycanın uğuru olacaq. Necə ki, “Qarabağ” Ağdamı təmsil etsə də bütün Azərbaycanın fəxridir,ölkəni təbliğ edir .“Həkəri” futbol klubu müstəqil klub olsa da , Qubadlı icra hakimiyyətinin balansındadır.Bu gün “Həkəri” futbol klubuna dövlət səviyyəsində kömək olsa maddi-texniki bazamız güclənsə,sponsorumuz olsa inanıram ki, yüksək liqaya çıxa bilən komanda yaradarıq.

“Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO

-Düzdür bizim “Qarabağ” ”Neftçi”,”Qəbələ” kimi klublarımız son zamanlar avrokuboklarda mərhələ adlayırlar,uğurlar qazanırlar amma ümumən futbol lazımı səviyyədə inkişaf etmir,yığmamız ciddi uğur qazana bilmir.Buna səbəb nədir?

-Əsas səbəb dediyim kimi uşaq fubolundadır. Böyük pullara legioner gətirilir və əsasən onların hesabına uğur qazanılır.Amma ölkədə futbolun inkişafı uşaq futboluna qayğıdan,yerli futbolçulara diqqətdən keçir.Biz perspektivli futbolçuları dəvət edirik,komandaya salırıq,ancaq onların xərclərini ödəməyə maddi imkanımız çatmır,ona görə də imkanlı şəxslərə müraciət edirik ki,bizə kömək etsinlər.Düzdür legioner futbolçulardan yerli futbolçular çox şey öyrənir ,amma yığmanın özəyini məhz yerli onlar təşkil edir.Bu hər yerdə belədir.Özü də transfer olunan əcnəbi futbolçuların heç də hamısı yüksək səviyyəli oyunçular deyil.Əfuslar olsun ki, biz klub olaraq uşaqları cəlb edirik,amma onlarda maddi maraq oyatmağa maddi imkanımız yoxdur.

-Hal-Hazırda qarşıda duran hədəfləriniz ,planlarınız nədi?

-2016-2017 mövsümündən etibarən Azərbaycan cempionatinda U-10, U-11, U-12, U-13 ,U-14, U-15 liqasinda istirak etməyi planlasdırırıq.
Klubumuzun qarşısında duran hədəfi çempionatın mukafatçıları sırasına düşməkdir.

-Maraqlı söhbətə görə təşəkkür edirik.

-Siz də sağ olun.

Söhbətləşdi : Nihat Həsənli

Bolgexeber.com

“Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO
“Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO
“Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO
“Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO“Həkəri”FK-nın məşqçisi Cavanşir Əliyev:“Sponsorumuz olsa yüksək liqaya çıxa bilən komanda yaradarıq”- FOTO