BolgeXeber.Com » İdman » “Kəpəz” Avroliqa ilə vidalaşdı - VİDEO

“Kəpəz” Avroliqa ilə vidalaşdı - VİDEO

21-07-2016, 09:32
Oxunub: 3 181 “Kəpəz” Avroliqa ilə vidalaşdı - VİDEOŞahin Diniyevin yetirmələri hər iki oyunda Avstriya klubuna məğlub olub

Gəncənin “Kəpəz” klubu Avropa Liqasında mübarizəni dayandırıb.

Oxu.Az xəbər verir ki, Şahin Diniyevin yetirmələri bu gün turnirin II təsnifat mərhələsinin cavab oyununda Bakıda Avstriyanın “Admira” komandası qəbul edib və 2:0 hesabı ilə uduzub.

“Admira”nın heyətində Kristof Knasmüllner və Patrik Şmidt müvafiq olaraq 17 və 76-cı dəqiqələrdə fərqləniblər.

Bu komandalar arasında Avstriyada keçirilən ilk matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşmışdı.

Beləliklə, “Kəpəz” Avropa Liqasında mübarizəni dayandıraraq, turnirlə vidalaşıb.