BolgeXeber.Com » Dünya » İlk amerikali kosmonavt qadin dünyasini dəyişib

İlk amerikali kosmonavt qadin dünyasini dəyişib

24-07-2012, 11:35
Oxunub: 5 025 NASA-nın verdiyi məlumata görə, kosmosa səyahət edən ilk ABŞ-lı qadın Sali Rayd 61 yaşında vəfat edib.

1983-cü ildə fəzaya iki peyk endirmiş Shuttle "Challenger" gəmisində Sali Rayd kosmik fəzaya altı günlük uçuş etmişdir. O, bir il keçdikdən sonra kosmosa yenidən səfər etmişdir.

NASA-nın administratoru Çarlz Bolden bildirib ki, Sali Rayd şücaəti və professionallığı hesabına bütün sədləri aşaraq Amerikanın kosmik proqramını tamamilə dəyişdirmişdir. "Xalq özünün ən bacarıqlı liderlərindən, müəllimləridən və tədqiqatçılarından birini itirdi", - deyə o bildirib.

Rayd NASA-da 1978-ci ildə ilk dəfə qadınlar üçün açılmış sinfə qəbul edilib.
1989-cu ildə NASA-nı tərk etdikdən sonra Sali Rayd San Diego şəhərindəki Kaliforniya universitetində professor dərəcəsi almışdır. O, öz "Sally Ride Science" şirkəti vasitəsilə qadınlar arasında texniki sahənin təbliğini apararaq, onları bu sahəyə cəlb etməyə çalışmışdır.

Rayd "Challenger" və "Columbia" gəmilərinin fəlakətə uğramalarının səbəbini öyrənirdi və NASA-nın 2009-cu ildə peykə insan göndərilməsi istiqamətində kosmik proqramının müəyyən edilməsində iştirak etmışdir.

Şirkəti tərəfindən verilmiş məlumatda onun 17 aydır ki, mədəaltı vəzin xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilir.