BolgeXeber.Com » İdman » "Neftçi" Avroliqada mübarizəni dayandırdı

"Neftçi" Avroliqada mübarizəni dayandırdı

22-07-2016, 11:34
Oxunub: 2 804 "Neftçi" Avroliqada mübarizəni dayandırdıAvropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir

Qol.az-ın məlumatına görə, Azərbaycanın digər təmsilçisi "Neftçi" bu gün növbəti görüşünü keçirib.

"Ağ-qaralar" Makedoniyada "Şkendiya"nın qonağı olacaq. Bakıda rəqibi ilə 0:0 bərabərə qalan "Neftçi" cavab qarşılaşmasında 0:1 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

21 iyul

Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu

22:00. "Şkendiya" (Makedoniya) - "Neftçi" (Azərbaycan) - 1:0
Qol: Besart İbraimi, 31 (1:0)
Qırmızı vərəqə: Vançe Şikov, 71 ("Neftçi")
İlk oyun - 0:0
Baş hakim: Erik Lambrext
Köməkçi hakimlər: Karel de Roker və Jo de Veyrdt
Dördüncü hakim: Frederik Geldhof (hamısı Belçika)
Skopye. II Filip stadionu.