BolgeXeber.Com » Dünya » Türkiyə hakimiyyəti: “Rusiya təyyarəsini vuran pilot qərarı özü verib”

Türkiyə hakimiyyəti: “Rusiya təyyarəsini vuran pilot qərarı özü verib”

22-07-2016, 12:21
Oxunub: 2 324 Türkiyə hakimiyyəti: “Rusiya təyyarəsini vuran pilot qərarı özü verib”Rusiya Su-24 təyyarəsini vuran türk pilotu bu barədə qərarı özü müstəqil şəkildə qəbul edib

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Yasin Aktay deyib.
“Təyyarəni vurmaq üçün qərar havada qəbul edilib. Belə qərarlar pilot tərəfindən qəbul olunur və bu vaxt o, güc tətbiq etməklə bağlı qaydaları rəhbər tutur. Lakin o, hava məkanını qısa müddətə pozan və onu tərk etmək niyyətində olan təyyarəni vurmaya da bilər”, – deyə o bildirib.
Bununla bərabər o, ölkənin hava məkanının pozulmasının və bu kimi halların təkrar olunmasının qəbuledilməz olduğunu bildirib və əlavə edib ki, ölkə hökuməti pilotun hərəkətlərini ona görə müdafiə edib ki, “bizim güc variantından istifadə etmək hüququmuzun olduğu şübhə altına düşməsin”.
Virtualaz.org