BolgeXeber.Com » Xəbərlər » Cəlilabad rayonunda Milli Mətbuat Günü qeyd olunub-FOTO

Cəlilabad rayonunda Milli Mətbuat Günü qeyd olunub-FOTO

23-07-2016, 10:14
Oxunub: 2 344 Cəlilabad rayonunda Milli Mətbuat Günü qeyd olunub-FOTOİyulun 22-də Cəlilabad Rayon İcra Hakimiyyətində milli mətbuatın yaranmasının 141 illiyinə həsr olunan tədbir keçirilib

Bolgexeber.com bildirir ki,görüşdə rayonun tanınmış mətbuat nümayəndələri iştirak etmişlər.Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Əziz Əzizov milli mətbuatın yaranmasının 141 illiyi münasibəti ilə jurnalistləri təbrik edib, ölkədə mətbuatın inkişafından, mətbuat işçiləri üçün yaradılan şəraitdən danışıb. “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı istiqamətində görülən işlərdən söz açan Əziz Əzizov milli mətbuatımızın intibah dövrünün Azərbaycanın müstəqilliyinin bərpasından sonra başlandığını xüsusi vurğulayıb. Bildirilib ki, bu gün Azərbaycanda güclü media formalaşıb. Ölkəmizdə azad mətbuatın inkişafı üçün hər cür şərait yaradılıb. Milli mətbuatımizin inkişafı üçün Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamlar da mətbuatın inkışafında mühüm rol oynadığı vurğulanıb.Tədbirdə prezident təqaüdçüsü,”Yeni Gün” qəzetinin baş redaktoru Böyük Bağırlı çıxış edərək Azərbaycan mətbuatının uzun və şərəfli bir yol keçdiyi vurğulayıb.Ölkəmizdə mətbuatın sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etmələrinə geniş imkanların yaradıldığı bildirilib.Digər çıxış edənlər də mətbuata dövlət qayğısından söz açıb, ümummilli lider Heydər Əliyevin medianın inkişafı sahəsində əsasını qoyduğu mütərəqqi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, jurnalistləri təbrik ediblər.
Sonda jurnalistlərə rayon icra hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.
Cəlilabad rayonunda Milli Mətbuat Günü qeyd olunub-FOTO
Cəlilabad rayonunda Milli Mətbuat Günü qeyd olunub-FOTO