BolgeXeber.Com » Dünya » Planetin ən cavan milyarderinə ərə gedir - FOTOLAR

Planetin ən cavan milyarderinə ərə gedir - FOTOLAR

23-07-2016, 10:20
Oxunub: 3 115 Planetin ən cavan milyarderinə ərə gedir - FOTOLARHollivud ulduzu Orlando Blumun eks həyat yoldaşı Miranda Kerr "Snapchat” mobil platformasının yaradıcısı Evan Şpiqellə nişanlanıb

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, avstraliyalı supermodel, "Victoria`s secret”in keçmiş "mələyi” yenidən ərə getməyə hazırlaşır. Xoş xəbəri model "İnstagram” bloqunda paylaşıb.

Adsız barmağında nişan üzüyü ilə olan fotosunu sosial şəbəkədə paylaşan Miranda "Mən "hə” dedim!” – yazıb.
Cütlük ötən ilin iyunundan görüşürlər. Hazırda onlar bir evdə yaşayırlar.

Qeyd edək ki, Evan Şpiqel planetin ən cavan milyarderi hesab olunur. Onun varidatı 2,1 milyar dollardır. 2013-cü ildə o, "Forbes”in reytinqində cavan milyarderlər siyahısında ikinci yerdə qərarlaşıb.

33 yaşlı Miranda Kerr nişanlısından 7 yaş böyükdür.

Modelin ilk evliliyindən oğlu var.
Planetin ən cavan milyarderinə ərə gedir - FOTOLAR
Planetin ən cavan milyarderinə ərə gedir - FOTOLARPlanetin ən cavan milyarderinə ərə gedir - FOTOLAR
Planetin ən cavan milyarderinə ərə gedir - FOTOLAR