BolgeXeber.Com » Xəbərlər » Suraxanının icra başçısı əlillərin dərman puluna göz dikib?

Suraxanının icra başçısı əlillərin dərman puluna göz dikib?

23-07-2016, 11:23
Oxunub: 2 796 Suraxanının icra başçısı əlillərin dərman puluna göz dikib?İLQAR ABBASOVUN QANUNSUZ AVTOYUMA SEXİ ƏLİLLƏRİ İŞSİZ QOYUB

Suraxanı rayonu ,Yeni Günəşli qəsəbəsi , “V” yaşayış massivi ,31 saylı “Əlillər evi”nin sakinlərinin gününü rayon icra hakimiyyəti qaraya boyayıb . Evlərinin yanında 5 nəfər 1-ci qrup Qarabağ əlilinin dərman pulu sexi kimi işlətdiyi avtoyuma məntəqəsinə Suraxanı RİH şərik qoşduğundan əlillər işsiz-gücsüz ,çörək-dərmansız qalıblar . Elə buna görə də 5 əlildən biri artıq dünyasını dəyişib . Di gəl , “əlillər sexi”nin qonşuluğunda “dünya standartlarına uyğun” avtoyuma sexi açıb onların çörəyinə ,ölümünə bais olanlar nə yerlərini dəyişmək fikrindədir , nə də sahibkarlıq növünü .Qarabağ əlillərinin dövlətin və hökumətin 1-ci şəxslərinə ,Heydər Əliyev fondunun ,BŞİH-in rəhbərliyinə müraciətləri isə bir fayda vermir . Bütün müraciətlər sonda BŞİH-ə , oradan da Suraxanı RİH-ə göndərilir və təbii ki,sonucsuz olur . Suraxanı RİH yetkililəri “bahalı” sexi əlil sexinin qonşuluğundan məhkəmə yolu ilə çıxaracaqlarına söz versələr də , artıq əlillər bunun da bir məzhəkə olduğunu başa düşüblər . Problemlərini dövlətin 1-ci şəxsinə çatdırmaq amacı ilə mitinq keçirmək istəklərini isə BŞİH qanuna zidd sayaraq məsləhət bilmir . Amma hüquq – mühafizə orqanlarına da əlillərdən göz-qulaq olmağı tapşırmağı unutmurlar . Birdən çaşıb sərbəst toplaşa bilərlər .09.07.2016-cı il tarixinə Suraxanı RİH qarşısına təyin olunan aksiyaya da polis hər iki sexin yetkililərini çağırıb “barış” yolu ilə çözmək istəyib . Di gəl , Suraxanı RİH-in adamı olan “bahalı” sexin yetkilisi nə yerini dəyişəcəyini ,nə də başqa işlə məşğul olacağını bildirirb .
Nazirlər Kabinetindən (NK) bildirdilər ki, əlillər sexinin yanında eyni təyinatlı sexin olması qanunsuz deyil . NK-nın adını deməkdən imtina edən xanım əməkdaşı ticarət cərgəsində əlillərlə yanaşı digər tacirlərin də işləməsində qəbahət görmədiyini vurğuladı .Əlbəttə ,hökumət yetkilisinin avazı yaxşıdır ,oxuduğu ... qanun olsa .Birincisi, vurğuladığımız kimi ,burada ticarət cərgəsindən yox , 5 nəfər 1-ci qrup Qarabağ əlilinin avtoyuma sexinə icra hakimiyyətinin şərik qoşmasından söhbət gedir .İkincisi , “Əlillərin sosial müdafiəsi haqqında” qanunun tələbinə görə ,əlillərin məşğulluğu mütləq təmin edilməlidir və müəyyən çeşiddə məhsulların ,xidmətin əlillərdən başqa digər şəxslərin istehsal etməsinə ,xidmət göstərməsinə yol verilmir .Niyə qanunun bu tələbinə əməl edilmir ? Əksinə , icra başçıları əlillərin avtoyuma sexinə öz adamlarını şərik qoşurlar? Zavallı əlillər necə dolansınlar ,dərman ,çörək pullarını necə çıxarsınlar ?Hamı yaraşıqlı sexi qoyub əlil sexinə axı üz tutmur!Belə çıxır icra hakimiyyəti qəsdən əlillərin dərman pulunu əllərindən alır !Bu prezidentin sosial siyasətinin təxribat edilməsidir . Fikrimizcə , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN ) “Əlillərin sosial müdafiəsi haqında” qanunun 37-ci maddəsini bayraq edib , digər sexə ,RİH-ə qarşı sanksiya tətbiq etməlidir .
RİH özü də problemi məhkəməsiz-məzhəkəsiz çözə bilər .Necə ? Çox sadə .Əlillər sexinə maya qoyub onu da “dünya standartına” uyğunlaşdırmaqla .Yoxsa , əlil-məmur sahibkarlar arasında dava qaçılmazdır .Əlil adamlardır ,bir də gördün çaşıb maşını bahalı sexin üstünə sürdülər...

Teref.info