Bank əməkdaşları müştərini döydü
23-07-2016, 11:40
Oxunub: 1 746
Zabrat qəsəbə sakini Rasim Budaqov “Bank BTB”-nin əməkdaşları tərəfindən döyülüb
Hadisə ilə bağlı “Qafqazinfo”ya müraciət edən R. Budaqov bildirib ki, 2015- ci ilin sentyabrında yoldaşının əməliyyat olunması üçün sözügedən bankdan 2000 dollar kredit götürüb: “Hər ay 161 dollar yəni 170 manata qədər kredit qaytarırdım. Devalvasiyadan sonra isə aylıq borc artdı. Mən yenə də hər ay əvvəlki şəkildə, yəni 161 dollar borc ödəyirdim.
Ötən gün bankın əməkdaşı mənə zəng edib borcumu ödəmədiyimi dedi. Dedim ki, sistemə yaxşı baxın , əvvəlki qaydada ödəmişəm. Zəng edən şəxs mənlə kobud davrandı, olduğum ünvanı soruşdu. Üstündən 1 saat keçəndən sonra 5 nəfər bank əməkdaşı Zabratdakı dükanıma gəldi. 1 nəfər arxadan əllərimi tutdu. Zəng edən şəxs də məni vurdu. Sonra çıxıb getdilər.
Həmin şəxs polisə şikayətçi olmamağı bizdən istədi. Dərhal 102-yə zəng etdim. Ekspertizaya da getmişik. Hər ay kreditimi ödədiyim halda niyə bank əməkdaşı tərəfindən döyülməliyəm? Bu ciddi cinayət əməlidir”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər