BolgeXeber.Com » Xəbərlər » Sumqayıt-Bakı elektrik qatarı 40 dəqiqə yolda qaldı

Sumqayıt-Bakı elektrik qatarı 40 dəqiqə yolda qaldı

23-07-2016, 11:45
Oxunub: 2 057 Sumqayıt-Bakı elektrik qatarı 40 dəqiqə yolda qaldıBu gün Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən “Stadler” markalı elektrik qatarında gecikmə baş verib

Sözügedən qatar saat 08:40-da Bakı Sərnişin Stansiyasına çatmalı olduğu halda 40 dəqiqə gecikib.
Qatar Bakı stansiyasında paltformaya çatmamış dayanıb. Gecikmədən narahat olan sərnişinlər nəzarətçisdən maşinistlə əlaqə saxlamasını xahiş ediblər. Maşinist isə gecikməyə səbəb kimi gah işıqforun qırmızı işığının yandığını, gah da elektrik şəbəkəsinin olmadığını bildirib.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilməyib. (SİA)
Sumqayıt-Bakı elektrik qatarı 40 dəqiqə yolda qaldı