BolgeXeber.Com » Xəbərlər » Kolbasa sexləri rayonlardan leş yığır

Kolbasa sexləri rayonlardan leş yığır

23-07-2016, 12:18
Oxunub: 1 885 Kolbasa sexləri rayonlardan leş yığırRespblikamızın Aran rayonlarında dabaq xəstəliyi yenidən artıb. Bərdə rayonunda xeyli heyvan xəstəlikdən tələf olub

Ölmüş heyvanlar isə əhalidən toplanılaraq aparılır. Deyilənə görə, onları kolbasa sexlərinə verirlər.

Bolgexeber.com
modern.az-a istinadən bildirir ki, bu barədə redaksiyamıza Bərdə rayonundan olan oxucumuz məlumat verib.

Məlumata görə, Bərdə rayonu ilə yanaşı Goranboy rayonunda da mal-qara arasında dabaq xəstəliyi yayılıb.

Qeyd edək ki, bir müddət öncə də bir sıra bölgələrdə dabaq xəstəliyinin artması ilə bağlı xəbər yayılmışdı. Həmin vaxt Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) 2016-cı il ərzində respublikada iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparıldığını açıqlamışdı.

Mövzunu diqqətdə saxlayacayıq.