BolgeXeber.Com » Xəbərlər » Ağsuda vətəndaşın evinə ilanlar yıgılır, başçının vecinə də deyil-VİDEO

Ağsuda vətəndaşın evinə ilanlar yıgılır, başçının vecinə də deyil-VİDEO

23-07-2016, 18:46
Oxunub: 2 368 Ağsuda vətəndaşın evinə ilanlar yıgılır, başçının vecinə də deyil-VİDEOAğsu rayonu Külüllü kənd sakini 1990 cı il təvəllüdlü Məmmədova Brilyant İxtilaf qızı rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevdən şikayətçidir

Briliyant xanım bildirir ki, Ənvər müəllimin qəbulunda olub dərdimi danışıb, cavabında isə get nə cür yaşayırsan yaşa sözünü eşidib:"Ənvər müəllimdən mənə kömək olunmasını evimin qəzalı vəziyyətdə olmasını, himayəmdə 2 azyaşlı uşaq olmasını nəzərə almağı və mənə köməklik göstərilməsini xahiş elədim. Ənvər Seyidəliyev bildirdi ki , bizdə nə belə fond var nə də maddi imkanımız. Cənab prezident bir az pul ayırır, onu da bura çatana qədər yolda parçalayırlar. Bu sözlərdən sonra mən də bildirdim ki, onda mətbuata KİV nə müraciət edəcəm ki, gəlib mənim vəziyyətimi çəkib işıqlandırsınlar. Elə söz ağzımda qalmışdı ki, bərkdən qışqıraraq dedi ki, kimi çağıracaqsan? Get kimə istəyirsən de şikayət elə, hansı jurnalist məndən yazsa 10 dəqiqəyə tutduraram onu di sağ ol çıx bayıra deyərək məni otaqdan qovdu. Hörmətli redaksiya sizdən xahiş edirəm mənim bu sözlərimi yuxarı qurumlara çatdırasınız".
Reportyor.org