BolgeXeber.Com » Xəbərlər » Prezident daha bir yolun tikintisinə maliyyə vəsaiti ayırdı-Sərəncam

Prezident daha bir yolun tikintisinə maliyyə vəsaiti ayırdı-Sərəncam

23-07-2016, 19:27
Oxunub: 2 049 Prezident daha bir yolun tikintisinə maliyyə vəsaiti ayırdı-SərəncamAzərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Sərəncamda qeyd olunur ki, 28 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,8 milyon (bir milyon səkkiz yüz min) manat ayrılsın.Bakı-Sumqayıt-Binəqədi yolunun tikintisinə 8,5 milyon manat ayrıldı
Maliyyə Nazirliyinə və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.