BolgeXeber.Com » Ölkə » Cahangir Əsgərova görə “AAAF Park” da “uçdu” – Tikinti dayandı, narazılıqlar başladı
Cahangir Əsgərova görə “AAAF Park” da “uçdu” – Tikinti dayandı, narazılıqlar başladı
24-07-2016, 14:33
Oxunub: 2 117
Xırdalanda salınan məşhur “AAAF Park” yaşayış kompleksində işlər tamamilə dayanıb və bu da müştərilərin ciddi narazılığına səbəb olub
İşlərin tamamilə dayandırılması son günlər aviabiletlərin bahalığına kəskin ictimai qınağa tuş gələn AZAL prezidenti Cahangir Əsgərovun hakimiyyətdəki dayaqlarını itirməsi, fəaliyyətinin təftişə başlanılması ilə əlaqədardır.
Xatırladaq ki, “AAAF İnşaat” AZAL prezidenti Cahangir Əsgərova və Beynəlxalq Bankın sabiq prezidenti, maliyyə xəyanətinə görə işdən çıxarılan Cahangir Hacıyevə bağlılığı var. MMC adındakı AAAF abreviaturasının Cahangir Əsgərovun prezidenti olduğu Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) işarə olduğu deyilir. “AAAF Park” yaşayış kompleksinin rəhbəri Tofiq Heydərov vaxtilə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olub. Yəni birbaşa C.Əsgərovun müavini vəzifəsini daşıyıb. Şirkətin Cahangir Hacıyevə bağlılığı isə ərazinin aidiyyəti kompleksin üzərində tikildiyi torpağın Azərbaycan Beynəlxalq Bankının (ABB) girovluğunda olmasından keçir. Vaxtilə “Bakı Quşçuluq” ASC-nin yerləşdiyi bu ərazi sonradan şübhəli yollarla özəlləşdirilib.
C.Hacıyevə “AAAF inşaat” MMC-nin digər bağlılıqları da var. C.Hacıyev bu şirkətə daha aşağı faizlə uzunmüddətli kreditlər verib. İndi bu hər iki şəxsin “vurulması” “AAAF Park”ın müflisləşməsinə səbəb olub. Cahangir Əsgərovun işdən çıxarıldıqdan sonra Beynəlxalq Bankdan şirkətə verilən aşağı faizli kreditlər dayandırılması park ərazisində aparılan işləri onsuz da ləngitmişdi, eləcə də uzun müddətə evlərin kreditlə satılması dayandırılmışdı. Məlumata görə, şirkət müştərilər qarşısında götürdüyü öhdəliyi Cahangir Əsgərovun yardımları ilə həyata keçirirmiş.
C.Əsgərovun özünün çıxılmaz vəziyyətə düşməsi isə “AAAF Park”ın son nəfəsliyini də bağlayıb. İndi şirkətdə ciddi narahatçılıqlar var. İşlərin dayandırılması ilə yanaşı, şirkətdə çalışanların ixtisarına başlanıldığı deyilir. Qeyd edək ki, ölkədəki bank soyğunçuluğu ilə bağlı aparılan kütləvi həbslər vaxti “AAAF Park” yaşayış kompleksinin rəhbərinin saxlanılması xəbəri yayıldı. Onun Beynəlxalq Bankdan götürdüyü fantastik məbləğdə pulun banka qaytardıqdan sonra buraxıldığı deyilirdi. Həmin vaxt şirkətin onun əlindən alınaraq Beynəlxalq Bankın tərkibinə qatılacağı xəbəri də yayılmışdı.
Aznews.az
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər