BolgeXeber.Com » Sosial » Qız köçürən valideynlər kredit borcundan niyə qurtula bilmir?

Qız köçürən valideynlər kredit borcundan niyə qurtula bilmir?

25-07-2016, 10:22
Oxunub: 3 443 Qız köçürən valideynlər kredit borcundan niyə qurtula bilmir?Bəs gəlin köçən qıza nə verilir?

Azərbaycan bahalı şadlıq saraylarında toy edən valideynlər həm də qızlarına bahalı cer-cehiz də verirlər.

Moderator.az – ın əməkdaşına mebel borcuna görə müraciət edən iki valideyndən sonra əməkdaşımız qısa bir araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, ölkənin cənub bölgəsində vəziyyət daha acınacaqlıdı.

Adının çəkilməsini istəməyən valideyn əməkdaşımıza müraciət edərək bildirib ki, iki ildir qız köçürüb və indinin özünə kimi mebel aldığı dükana olan borcundan qurtara bilmir. Həyat yoldaşı isə borcdan qurtulmaq üçün Rusiyaya üz tutub ki, gedib orda işləsin və cehizə olan borclarını ödəyə bilsin.

Bəs gəlin köçən qıza nə verilir?

Gəlin köçən qıza mebel, yataq dərsti, paltaryuyan maşın, televizor, soyuducu, televizor antinası, bəyə kastyum və s. Adı çəkilən əşyaları və sadalamadıqlarımızı bir yerə toplasaq bütün bunların hamısına 8 – 10000 pul lazımdır. Bu isə əkinçiliklə məşğul olan kəndli üçün milyon deməkdi.

Acınacaqlı vəziyyət odur ki, qız alan oğlan adamı da qız evindən bahalı cehiz umur.

Daha bir valideynin isə danışdıqları dəhşətdir:

“Qızıma bir dəst mebel aldım. Oğlan evi onu bəyənmədi. Ikinci mebeli aldım. Sonra dedilər ki, divan – kreslonu dəyişin. Biz də divan kreslonu dəyişdik. Sonra evləri təmir olunanda divara ağ aboy vurdular və bizə dedilər ki, divar rəngi mebel alın. Bundan sonra mübahisəmiz düşdü. Bildirdim ki, mənim evləndirəsi oğlanlarım var, amma bu qızın cehizinə görə onları evləndirə bilmirəm. Yaşları da keçir.

Bu yaxınlarda qızının cehizinə 8000 manat xərc çəkmiş valideyn bildirir ki, qızımgilə gedəndə təəsüf hissi keçirirəm. Çünki, aldığım cehizlər baxımsızlıqdan sınıb dağılıb. Amma, mən hələ cehizin borcundan qurtarmamışam.

Bir vaxtlar yas mərasimlərində də belə israfçılığa yol verdiklərini deyən sakinlər, dövlətin qadağasından sonra yas mərasimlərindəki israfçılığa son qoyulub. Valideynləri belə ziyana salan isə onların bir – biri ilə bəhəs etməsidir. Məsələn qonşunun qızına hansı cehizləri verdiyini görən valideyn imkanı az olsa da, qonşusundan geri qalmamaq üçün o, da kreditə götürərək cehiz alır. Qız köçəndən sonra isə valideynin qara günü başlayır.

Əməkdaşımıza danışan sakinlər bildirib ki, dövlət tərəfindənyas mərasimlərindəki israfçılığa son qoyulduğu kimi, qız köçürərkən həddindən artıq əşyaların da alınmasına qadağa qoyulsa, onda bvu problem aradan qalxa bilər.
Bolgexeber.com