Satışa çıxarılan zərərli pomidorlar... - Ekspert “zolaqlı” məhsulun “sirrini” açdı
26-07-2016, 14:55
Oxunub: 4 762
Bu pomidorlar istixana şəraitində yetişdirildiyi üçün onlarda inkişaf intensif şəkildə gedir
Bakının bazar, market şəbəkələri və mağazalarında tam yetişməmiş kənd təsərrüfatı məhsulları satılır. Onlardan əsasən ortasında ağ zolaqlar olan pomidorlar əhalidə böyük narahatlıq yaradır. Əhali bunun insan orqanizmi üçün böyük təhlükə mənbəyi olduğunu hesab edir. Məsələ ilə bağlı AzNews.az-a danışan kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, fermerlər saxlanma müddətini uzatmaq üçün bu cür məhsullar yetişdirirlər: “Fermerlər davamlı, möhkəm sortlar yetişdirirlər. Həmin sortlar xarici ölkələrdə, xüsusən də Avropada yetişdirilir və onlar bu il Azərbaycana da gətirilib. Bu pomidorlar istixana şəraitində yetişdirildiyi üçün onlarda inkişaf intensif şəkildə gedir. Adi halda, açıq şəraitdə yetişdirilsə, nisbətən yaxşı olar”. V.Məhərrəmovun fikrincə, bu sort pomidorlar tam yetişməmiş məhsuldur: “Əgər onun tərkibində nitrat çoxdursa, insan orqanizmi üçün zərərli olan maddələr çoxdursa əlbəttə onunla qidalanmaq olmaz. Bəzi mütəxəsislər deyir ki, pomidorlarda olan ağ zolaqlar nitratın çox olmasından xəbər verir. Amma bu sortlarla bağlı onu demək olmaz. Yeni texnologiya var, onun vasitəsilə həmin pomidorların yaxşı yetişməsinə nail olunacaq. Bu, Yaponiya texnologiyasıdır. Həmin üsulla pomidorlar sanki açıq havada olduğu kimi yetişəcək. Lakin onun nə zərəri olacaq, nə də pomidor kimi faydası”.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər