BolgeXeber.Com » Gündəm » Ucar sakinləri susuzluqdan yanır,Əhməd Əhmədzadənin adamı isə heç bir tədbir görmür (VİDEO,FOTO)

Ucar sakinləri susuzluqdan yanır,Əhməd Əhmədzadənin adamı isə heç bir tədbir görmür (VİDEO,FOTO)

27-07-2016, 10:10
Oxunub: 5 839 Ucar sakinləri susuzluqdan yanır,Əhməd Əhmədzadənin adamı isə heç bir tədbir görmür (VİDEO,FOTO)Sakinlər susuzluğa görə Ucar rayonundan köçüb getməyə hazırlaşırlar

Bolgexeber.com-a Ucar rayon sakinləri tərəfindən şikayət məktubu daxil olub.Narazı sakinlər susuzluqdan əziyyət çəkdiklərini, yaşayışlarının dözülməz olduğunu bildirirlər.Ucar sakinlərinin şikayət məktublarını olduğu kimi dərc edirik:

“Ucar Suvarma Sistemləri İdarəsinin rəisi Həsən Qasımovun başı dövlət vəsaitini talan etməyə qarışdığından Ucar rayonunda kəndlər susuzluqdan yanır.Kənd camatının əkinləri məhv olub, heyvandarlıq sıradan çıxır.Ən əsas isə budur ki, Həsən Qasımovun korrupsiya əməlləri nəticəsində kəndlilər içməyə su belə tapmırlar.İçməyə suyu pulla alan kənd camaatının harayı ərşə çəkilsədə onların səsini Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə eşitmək istəmir heç bir tədbir görmür.Çünki Həsən Qasımov talançılıqla əldə etdiyi dövlət vəsaitinin bir hissəsini baş idarəsinə ötürdüyü üçün ona gözün üstə qaşın var deyən yoxdur.Rayonun Müsüslü,Qulabənd, Alpoud, Qazyan, Lək, Xalac və digər kəndlərində susuzluqdan təsərrüfatlat tamamilə məhv olub.Kəndlilər min-bir əziyyətlə əkib becərdikləri əkin sahələri, qoruqları susuzluqdan məhv olub.21-ci əsirdə Ucar rayon kəndlərinə su zülmü yaşadan Həsən Qasımov dövlətin ayırdığı vəsaiti təyinatı üzrə xərcləmədən talayaraq böyük bir var-dövlətə səltənətə sahib olmuşdur.Bakı şəhərində 8 yerdə mənzil alıb kirayəyə vermiş, Ağdaş rayon ərazisində 3 böyük mal-qoyun fermalarına sahib olmuşdur ki, burada 10000 dən çox mal-qara saxlanılır. Ucar Suvarma Sistemləri İdarəsində adları işdə gedən ancaq özləri işdə olmayan maaş kartları isə Həsən Qasımovun cibində olan ” işçilər” çoxlusaydadır.Həmin şəxslər iş stajı yazıılması üçün adlarını işə yazdırıb maaşlarının rəis Həsən Qasımıov tərəfindən götürülməsinə razılaşıblar.Ucar Suvarma Sistemləri İdarəsinə məxsus 4 ədəd təzə “Hunday” markalı texnika ancaq özəl işlərə cəlb edilib Həsən Qasımova pul qazandırır. Əhalinin su təminatının yaxşılaşdırmaq üçün lildən təmizləmə, torpaq bərkitmə, qazma, beton kanallarınni, nasos stansiyalarının, hidrotexniki qurğuların əsaslı təmiri adı ilə hər il dövlət büdcəsindən ayrılan küllü miqdarda pulu təyinatı üzrə xərcləmədən talan edən Həsən Qasımov 35 il rəisi olduğu bu idarənin fəaliyyətini tamam iflic edib.Dizel nasoslarına, texnikalara ayrılan yanacaq satdırılıb mənimsənilir.Üzdə olan bir-iki su kanalını təmizləyib gözdən pərdə assalarda kəndlərdə su kanallarını lil, kol-kos və qamış basıb ki, nəticədə də su quruyub, kəndlərə gedib çıxmır.Beton kanallarda , hidrotexniki qurğularda heç bir təmir işləri aparılmayıb. Elə kəndlər var ki, camaat qurunt sularını istifadə etmək məcburiyyətində qalıblar.Bu isə insanların həyat və sağlamlıqları üçün ciddi təhlükədir.Ucar Suvarma Sistemləri İdarəsinin rəisi Həsən Qasımovun zülm etdiyi kənd sakinlərinin şikayətləri olan video çəklişi sizə təqdim edirik.Bu video çəkliş olan diskləri şikayət ərizəsi ilə birlikdə başda Prezident cənab İlham Əliyev olmaqla, Baş Nazirə, Baş Prokurora, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Kənd Təsərrüfatı Nazirinə, Melorasiya və Su Təsərrüfatı ASC-yə və digər orqanlara göndərib baxıb, araşdırıb korrupsioner Həsən Qasımovun barəsində ciddi tədbirlər görmələrini xahiş etmişik.

İmza Ucar rayon sakinləri
Allahverdiyev Behbud Tacəddin oğlu Müsüslü kəndi
Məmmədov Saleh Asif oğlu Qulabənd kəndi
Nurməmmədov Şahin Nurməmməd oğlu Bərgüşad kəndi
Məmmədov Kərəm Balabəy oğlu Bərgüşad kəndi
Novruzov Heydər Yaşar oğlu Bərgüşad kəndi
Qədirov Abdulqədir Salman oğlu Alpoud kəndi
Xəlilov Cəlil Mircəfər oğlu Alpod kəndi
Sadıqov Cəfər Sadıq oğlu Qazyan kəndi
Rəsulova Gülnaz Şaiq qızı Müsüslü kəndi
İsmayılov Sənan Nüsrət oğlu Müsüslü kəndi
Mirəliyeva Almara Əsəd qızı Qulabəndkəndi
Əliyev Davud Hüseyn oğlu Qazyan kəndi və digərləri
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Bolgexeber.com