BolgeXeber.Com » Şou-Biznes » Flora Kərimova varislərinin adlarını açıqladı - FOTO,VİDEO

Flora Kərimova varislərinin adlarını açıqladı - FOTO,VİDEO

28-07-2016, 17:41
Oxunub: 5 769 Flora Kərimova varislərinin adlarını açıqladı - FOTO,VİDEOXalq artisti Flora Kərimova varislərini elan edib

1Xəbər.com-un məlumatına görə, 75 yaşını yeni qeyd etmiş sənətkar oğul nəvələrinin onun varisi olduğunu bəyan edib. Sosial şəbəkədə paylaşdığı fotoya:
"Mənim varislərim bunlardır. Oğlumun oğulları, canımın canları. Nənəniz boyunuza qurban, sizi səbirsizliklə gözləyirəm. İnşaallah tez gəlin, mənim Faiqim və Davidim!" cümlələrini yazıb.

Xalq artistinin iki övladı var - Oqtay və Zümrüd. Faiq və David Oqtayın övladlarıdır.

Flora Kərimovanın bu addımını dünyasını dəyişmiş qatı düşməni, xalq artisti İlhamə Quliyevanın ölümündən sonra düşdüyü vəziyyətə cavab olaraq qəbul etmək olar. Mərhum sənətkarın var-dövləti ətrafında yaşanan qalmaqallar heç də ürəkaçan deyil...

Faiq və David - Flora Kərimovanın oğlu Oqtayın övladları.