BolgeXeber.Com » Sosial » Çörək zavodunun direktoru - “100 faiz bahalaşacaq, hökumət də bilir”

Çörək zavodunun direktoru - “100 faiz bahalaşacaq, hökumət də bilir”

29-07-2016, 16:20
Oxunub: 3 109 Çörək zavodunun direktoru - “100 faiz bahalaşacaq, hökumət də bilir”Çörəyin bahalaşacağı ilə bağlı səslənən fikirlər öz təsdiqini tapır

Belə ki, Rusiyadan gələn unun qiymətində baş verən artım Azərbaycan bazarına da təsirsiz ötüşməyəcək. Qeyd edək ki, bundan öncə də suyun və elektirik enerjisinin qiymətində artım müşahidə olundu. Və baş verən bu qiymət artımları şörəyin bahalaşmasını labüd edir. Çörəyin qiymətinin artması ilə bağlı yayılan informasiyaları dəqiqləşdimək üçün 31 nömrəli çörək zavodunun rəhbəri Ceyhun İbrahimovla əlaqə saxladıq.

Bununla bağlı danışan 31 nömrəli çörək zavodunun rəhbəri Ceyhun İbrahimov bildirdi ki, sahibkarlar çörəyin qiymətini ancaq bu günə kimi sabit saxlaya bilib. Onun sözlərinə görə, sabahdan etibarən çörəyin qiymətinin qalxması şayiə deyil, zərurətdir:

“Hökumətin bu işdən xəbəri var. Sadəcə psixoloji olaraq xalqı bu cür informasiyalarlar qiymət artımına hazırlayırlar. İkinci devalvasiyadan əvvəl gələn 1 vaqon unla indi gələn un arasında 80 faiz qiymət fərqi var. İndinin özündə də Rusiyada rubl oynayır və nəticədə o dövrlə bu günün arasında 2 dəfə qiymət bahalaşıb. Biz hər birimiz xalqın nümayəndəsiyik. Biz bir neçə elit təbəqə kimi milyonlar qazanmırıq. Bizim qazancımız ancaq özümüzü dolandırmağa bəs edir. Cüzi mənfəət qalır ki, o da istehsal olan yerdə başqa cür də mümkün deyil.

Bahalaşma 100 faiz olacaq, bu qaçılmazdır. Çörək istehsalının yaxşılaşdırılması üçün qiymətin sərbəst buraxılması vacibdir. Çörəyin qiymətinin qalxmaması üçün dövlət öz dotasiyası hesabına unu baha alıb ucuz satmalıdır. Bunu da dövlət etmir. Mən 6 ayda 80 min bankdan kredit götürdüm və heç bir gəlir əldə etmədən öz qiymətinə, Allah yolunda xalqa satdım. Amma cəmi 7 ay bunu bacara bildim. Ayda 2 dəfə götürdüyüm pulun faizlərini ödəyirəm. O zaman bizə deyirdilər ki, bu günə qədər qazanmısınız, indi də vəziyyət çətindir, bir az dözün. Biz də biz pul qazanmadan, mənfəət götürmədən dözdük, ancaq bu qədər dözmək mümkün oldu. Heç kim deyə bilməz ki, çörəyin qiyməti qalxmayacaq. Unun qiyməti Rusiyada qalxıbsa, bizdə də çörəyin qiyməti 100 faiz qalxacaq”.

Zavod rəhbəri bildirib ki, çörəyin qiymətinin sabit saxlanılması üçün ƏDV-ni ləğv edilməlidir. Onun sözlərinə görə, buna söz verilsə də, əməl olunmayıb:

“Çörəyin qiymətinin sabit saxlanılması üçün ƏDV-ni götürmək lazımdır. Bunu bir dəfə də dedilər, amma ƏDV-ni ləğv etmədilər. Mən də ziyanın bir hissəsini elə o zaman elədim. Kredit götürüb göndərdim Rusiyaya ki, un gələcək və dövlət də ƏDV-dən azad edəcək, ancaq etmədilər. Daxili bazarı, istehsalı saxlamaq üçün buna getmədilər”.(cebhe.info)