BolgeXeber.Com » Analitika » Sibirə gizli qaçış, Xruşşova 7 teleqram, “ratsiyaları söndürün”... – Şəmkirli “Qaqarin”in HEKAYƏTİ

Sibirə gizli qaçış, Xruşşova 7 teleqram, “ratsiyaları söndürün”... – Şəmkirli “Qaqarin”in HEKAYƏTİ

29-07-2016, 16:57
Oxunub: 6 482 Sibirə gizli qaçış, Xruşşova 7 teleqram, “ratsiyaları söndürün”... – Şəmkirli “Qaqarin”in HEKAYƏTİVə hər şey də qəfil qərardan başladı

“Mən 8-ci si­nif­də oxu­yan­da SSRİ-nin neft sə­na­ye­si na­zi­ri Ni­ko­lay Bay­ba­kov Şamxora (indiki Şəmkir – red.) gəl­miş­di. O, SSRİ Ali Sovetinə deputatlığa namizəd idi. Rus­ca yaşıd­la­rım­dan bir qə­dər yax­şı da­nış­dı­ğım­dan, ali qo­na­ğa mək­tə­bi­miz ba­rə­də mə­lu­mat ver­mək mə­nə hə­va­lə edil­miş­di. Mən nazirə əvvəlcədən hazırlanmış mətnlə məktəbimiz barədə danışmaqdan savayı, bir kənd uşağı kimi özümü narahat edən problemlərdən də bəhs etdim. Dedim ki, əziz Nikolay Konstantinoviç! Mən sizə deputatlığa namizəd kimi iki məsələdən ötrü müraciət edirəm: məktəb yolunun asfaltlanması və işıq çəkilməsi üçün xahiş edirəm. Evdə biz təmiz paltar geyirik, məktəbə çatanda isə üst-başımız palçığa bulaşır. Yola asfalt döşənməlidir, amma buna pul ayırmırlar. Axşam saat beşdən sonra qaranlıq düşür, məktəbdə isə işıq yoxdur. Mən bilmirəm, biz nə vaxt oxumalıyıq? Bir də onu demək istəyirəm ki, mən də neftçi olacağam. Sizi əmin edirəm ki, məktəbi bitirdikdən sonra neft institutuna daxil olacağam. Bu gö­rüş mə­nim ta­le­yim­də həl­le­di­ci rol oy­na­dı. İns­ti­tu­tu bi­tir­dik­dən son­ra tə­yi­na­tı­mı Ba­kı­ya ver­di­lər. Mən Bay­ba­ko­va mək­tub ya­za­raq, on­dan Si­bi­rə kö­çü­rül­mə­yi­mi xa­hiş et­dim. Amma mən deyən kimi olmadı. Məni Moskvaya çağırıb, Kuzbasa göndərdilər. Heç yolpulumu belə vermədilər”.

Bəs niyə Sibirə axı? Doğma Bakını qoyub ucu-bucağı bilinməyən Sibirə nə çəkirdi onu? Əslində bu, təsadüfi bir istək deyildi. Babası danışmışdı ona Sibirdən. Babası Süleyman. O Süleyman ki, çar hökumətinə vergi verməkdən boyun qaçırmışdı. Bir dəfə isə Moruldakı mollanın üstünə it buraxmışdı. Cəzası ağır olmuşdu. Məhkəmə onu Sibirə sürgün etmişdi. Düz 20 il müddətinə. Amma rus-yapon müharibəsi başlayanda Sibirdəki katorqadan cəbhəyə göndərmişdilər. Müharibədə böyük qəhrəmanlıq göstərmişdi. Əvəzində cəzasını sona kimi çəkməmişdi, necə deyərlər, çar 2-ci Nikolay tərəfindən əfvə düşmüşdü. Həmin ərəfədə sibirli qız Olqa İosifovna ilə evlənmişdi. Onu da götürüb vətəninə qayıtmışdı. Atası bu rus qızını gəlin kimi qəbul etmək istəmirmiş. Əlacı kəsilən Süleyman qızın adını dəyişir, Olqa islamı qəbul edib, olur Firuzə. Sonra oğul-uşaq, nəvə-nəticə yiyələri olurlar. Həm babası, həm də nənəsi Firuzə Sibirdən o qədər danışmışdı ki, görmədiyi yerlərə belə vurulmuşdu, balaca Fərman...


Hə, yəqin bildiniz söhbət kimdən gedir. O adamdan ki, günü bu gün Rusiya kimi dövlət iqtisadiyyatının ayaqda qalmasına görə bu şəxsə borcludur. O adamdan ki, SSRİ-nin qan-qan deyən vaxtında partiya-filan, bir sözlə heç nəyi nəzərə almayıb, Moskvadan belə cavab gözləmədən Sibirə yollanmışdı. Bu özbaşınalığa görə, hətta onu həbs və güllələnmə belə gözləyirdi. Amma dediyindən əl çəkməmişdi. Və nəhayət, istəyinə çatmışdı. 1961-ci il martın 21-də, Novruz bayramı günü Megion kəndi yaxınlığında qazdığı ilk quyu fontan vurmuşdu. Moskvada isə buna inanmamışdılar.

Amma paytaxta israrla teleqram göndərməkdə davam etmişdi. Bir gündə 7 teleqram. Vur-tut 3 sözdən ibarət teleqram: “Mən qalib gəldim”.

Moskvada, Kremldə isə sovet lideri Xruşşovun başını yeyirdilər az qala. “Bu, təbii anomaliyadır. Yalandır. Avantüradır. Sibirdə neft yoxdur, ola da bilməz”. 4 gün sonra Ust-Balık rayonundakı ikinci quyudan da neft fontan vuranda isə Salmanov şəxsən Xruşşovun özünə radioqram göndərir: “Nikita Sergeyeviç, mən neft tapmışam. Başa düşürsüz, neft. Bunu mən deyirəm, Salmanov” .


***


1931-ci il iyulun 28-də Azərbaycanın Şamxor rayonunun Morul kəndində anadan olmuşdu. 1947-ci ildə orta məktəbi, 1954-cü ildə isə Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsini bitirmişdi. Onun diplom işinin mövzusu “Orta Ob neftçıxarma rayonunun perspektivləri” adlanırdı.


Bayaq dediyimiz kimi, Baybakova məktubu onu Kuzbasa aparıb çıxarmışdı. Bu regionda daş kömür çıxırdı. Sovet geoloqlarının hesablamalarına görə, burada böyük neft yataqları da olmalıydı. Elə Fərmanı da buna görə ora göndərmişdilər. Gənc kadr Kuzbasda bir il mühəndis-geoloq kimi çalışır. Az vaxtdan sonra onu əvvəlcə Kemerovo, sonradan isə No­vo­si­birsk vi­la­yət­lə­rin­də Plot­ni­kov və Qryaz­nensk “Neft­qaz­kəş­fiy­ya­t” idarəsinə rəis təyin etmişdilər.


“Mən 3 il bu vəzifələrdə işlədim. Və əmin oldum ki, Kuzbasda neft yoxdur. Bu region heç bir neft­li­lik-qaz po­ten­sia­lı­na malik deyil”. Bunu sonradan deyəcəkdi Fərman. Amma hələ ki Novosibirskdəydi.


Və hər şey də qəfil qərardan başladı. 1957-ci ilin avqustunda heç kimin icazəsi olmadan öz təşəbbüsü ilə geoloji qrupunu götürüb, indiki Surqut şəhəri ətrafına yollanır.


Necə deyərlər, bu özbaşınalıqdan sonra onun işi daha da böyüdü: onu partiya sıralarından çıxarmağa, geoloqların taxta evlərini söküb başqa vilayətə apardığına görə haqqında cinayət işi açmağa çalışdılar.

Doğrusu, heç Surqutda da onu gözləmirdilər. Amma o əmin idi ki, burada neft var. Onu vəzifədən uzaqlaşdırmaq, həbs etdirmək cəhdləri ara verməsə də, Fərman Salmanov qazmanı davam etdirdi. Ətrafındakı işçilər də onu dəstəkləyirdilər. Geri qaytarmağın mümkün olmadığını gördükdə isə əvvəlki tarixlə əmr verib, Salmanovun dəstəsinin Surquta göndərilməsini rəsmiləşdirirlər...

Hazırda Rusiyanın Tümen vilayətinin qubernatoru olan Vladimir Yakuşevin dediklərindən: “O, nəinki Rusiya, dünya səviyyəli bir şəxsdir, bir əfsanədir. O vaxt, Tü­menin mə­nim­sə­nil­mə­si, məs­kun­laş­dı­rıl­ma­sı za­ma­nı neft-qaz ya­taq­la­rı­nın kəş­fiy­ya­tı­nın apa­rıl­ma­sı ide­ya­sı­nın çox­lu əleyh­dar­la­rı var idi. Bu­na bax­ma­ya­raq, geo­loq 1957-ci il­də əm­ri ye­ri­nə ye­tir­mə­yə­rək, öz eks­pe­di­si­ya­sı­nı Sur­qu­ta apar­dı və neft ax­ta­rı­şı işi­ni da­vam et­dir­di. Me­gio­nun ya­xın­lı­ğın­da 1961-ci ilin mar­tın­da ilk qu­yu fon­tan vur­du, onun əleyh­dar­la­rı bu ha­di­sə­ni ano­ma­li­ya ki­mi qar­şı­la­dı­lar. La­kin Ust Ba­lık­da neft ya­ta­ğı ta­pı­lan­dan son­ra Si­bi­rin ye­ral­tı sər­vət­lə­ri­nin var­lı­ğı ba­rə­də mən­fi tə­səv­vür­lər da­ğıl­dı”.


SSRİ neft sənayesi naziri Lev Çurilov isə Tümendə neft tapılmasının əhəmiyyətini belə izah edirdi. “Salmanov Qaqarin kimi tarixə düşəcək şəxsiyyətdir. O, Sibir neftinin banisidir. Onun şücaətini Qaqarinin kosmosa uçuşu ilə müqayisə etmək olar”.



“Sib­nas” şir­kət­lər Qru­pu­nun pre­zi­den­ti Ana­to­li Bre­kunt­sev isə onun haqqında belə demişdi: “Po­pov öz vax­tın­da ra­dio­nu, Men­de­le­yev ele­ment­lə­rin döv­ri sis­te­mi­ni kəşf edən ki­mi, Sal­ma­nov da Qər­bi Si­bir ya­taq­la­rı­nı kəşf et­di”.

***

Amma bütün bunlara hələ çox vardı. Hələ 1957-ci il avqustun 24-dür. Salmanov və 20 nəfərlik dəstəsi yerli gəmiçilik idarəsindən saxta sənədlə 7 barj icarəyə götürür. Barjlara qazma avadanlıqları, müxtəlif dəzgahlar, taxta evlər və çadırlar, qismən də ərzaq yükləyib, çay yuxarı üzməyə başlayırlar. Barjlar yola çıxan kimi, Salmanov qəti göstəriş verir: “Ratsiyaları söndürün. Kimsə hara gedəcəyimizi bilməməlidir”...

(Ardı var)
Səbuhi Məmmədli
lent.az
Sibirə gizli qaçış, Xruşşova 7 teleqram, “ratsiyaları söndürün”... – Şəmkirli “Qaqarin”in HEKAYƏTİ
Sibirə gizli qaçış, Xruşşova 7 teleqram, “ratsiyaları söndürün”... – Şəmkirli “Qaqarin”in HEKAYƏTİ
Sibirə gizli qaçış, Xruşşova 7 teleqram, “ratsiyaları söndürün”... – Şəmkirli “Qaqarin”in HEKAYƏTİ
Sibirə gizli qaçış, Xruşşova 7 teleqram, “ratsiyaları söndürün”... – Şəmkirli “Qaqarin”in HEKAYƏTİ