BolgeXeber.Com » Bölgə » Gəncədə 5 minə yaxın çaynik və çini qabdan ev (FOTO,VİDEO)

Gəncədə 5 minə yaxın çaynik və çini qabdan ev (FOTO,VİDEO)

30-07-2016, 15:06
Oxunub: 10 389 Gəncədə 5 minə yaxın çaynik və çini qabdan ev (FOTO,VİDEO)Düz 31 il əvvəl Gəncə şəhərinin kənar qəsəbələrinin birində qeyri-adi bir ev inşa edilib

Bu evin daxildən görünüşü adi olsa da, xarici görünüşü hər kəsi heyran qoyur.Bolgexeber.com Region TV-yə istinadən məlumat verir ki, onun inşasında minlərlə çaynikdən və digər çini qablardan istifadə edilib.

Gəncənin kənar məhəllələrindən birində Azərbaycanda analoqu olmayan ev yerləşir. Çoxlarının belə bir tikilidən xəbəri yoxdur. Onu fərqli edən divar və fasadının milli ornamentli çayniklər və digər çini qablarla hörülməsidir. Ona görə də yerli sakinlər bu qeyri-adi evə elə "çaynikli ev" deyiblər.

Maraqlıdır, bu qədər qab hardan və necə toplanıb? Evin hazırki sakinlərinin dediklərinə görə, tikilinin keçmiş sahibi 1970-80-ci illərdə uzun müddət Gəncə Çini Qablar Zavodunda çalışıb. İstehsal prosesinə yararsız sayılan məhsullardan da səmərəli istifadə edib. Evin ərsəyə gəlməsində təqribən 5 minə yaxın çaynikdən və çini qabdan istifadə olunub. 1998-ci ildə həmin şəxs evi sataraq, buradan köçüb. Hazırda qeyri-adi tikilidə Mərdanovlar ailəsi yaşayır.