BolgeXeber.Com » Dünya » Lukaşenkonu London Yay Olimpiadasına buraxmadılar

Lukaşenkonu London Yay Olimpiadasına buraxmadılar

25-07-2012, 23:35
Oxunub: 4 646 Belorus prezidenti Aleksandr Lukaşenkonu London Yay Olimpiadasında akkreditasiya etməkdən imtina ediblər.

Lent.az-ın “rambler.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bu barədə Olimpiya Oyunları Təşkilat Komitəsi qərar qəbul edib. Aleksandr Jukov bununla razılaşmadığını qeyd edib: “Bəs olimpiya dəyələri və ənənələri necə oldu? Axı hər bir məktəbli də bilir ki, olimpiya oyunları zamanı qədim Yunanıstanda sülh müqavilələri imzalanıb, döyüşlər dayandırılıb”.