BolgeXeber.Com » Dünya » Kommunistlərin lideri gizlincə toy etdi

Kommunistlərin lideri gizlincə toy etdi

25-07-2012, 22:40
Oxunub: 3 808 Şimali Koreya Respublikasının rəhbəri Kim Çen In evlənib.

Şimali Koreya Dövlət Televiziyası Kim Çen Inın Li Sol Yu ilə evləndiyi barədə məlumat yayıb.

Qeyd edək ki, Kim Çen In bir neçə dəfə xalqın qarşısına bir qadının müşayiəti ilə çıxıb. Bu xanımın adı, hansı işlə məşğul olması hamı üçün sirr olaraq qalırdı. Həmin qadının Şimali Koreya müğənnisi və Kim Çen Inın keçmiş sevgilisi olduğu da ehtimal edilirdi.

Li Sol Yunun hansı işdə çalışdığı, yaxud çalışmadığı barədə hələ rəsmi məlumat yoxdur. Şimali Koreya liderinin şəxsi həyatı bu ölkədə ən çox qorunan sirrlər sırasındadır. Onun 1982-ci, yaxud 1983-cü ildə anadan olduğu da dəqiq məlum deyil.

Xatırladaq ki, Kim Çen In 2011-ci ilin sonlarında, atası Kim Çen İrin ölümündən sonra ölkənin rəhbəri olub.