BolgeXeber.Com » Gündəm » Ucar Xəstəxanasının həkimdən şikayət-Ürəyinin əvəzinə ağciyərini "müalicə" edib-FOTO

Ucar Xəstəxanasının həkimdən şikayət-Ürəyinin əvəzinə ağciyərini "müalicə" edib-FOTO

4-08-2016, 10:05
Oxunub: 6 863 Ucar Xəstəxanasının həkimdən şikayət-Ürəyinin əvəzinə ağciyərini "müalicə" edib-FOTO"Ucar Rayon Xəstəxanasının terapevt həkimi Pərvanə Eyvazovanın savadsızlığı və saxtakarlığı nəticəsində uzun müddət yataq xəstəsi olub səhv müalicəyə görə xeyli miqdarda pul xərcləmişəm"

Ucar rayonu 20 Yanvar küçəsi döngə 8 ev 3 sakini Hüseynov Qəfər Tofiq oğlu Bolgexeber.com-a şikayət məktubu ünvanlayıb.Vətəndaş şikayət məktubunda yazır:

"Ucar Rayon Xəstəxanasının terapevt həkimi Pərvanə Eyvazovanın savadsızlığı və saxtakarlığı nəticəsində uzun müddət yataq xəstəsi olub səhv müalicəyə görə xeyli miqdarda pul xərcləmişəm. Belə ki, səhhətimdə ağrılar olduğu üçün 23 dekabr 2015-ci il tarixdə Ucar Rayon Mərkəzi Xəstəxanasına həkim Pərvanə Eyvazovaya müraciət etdim.Onun məsləhəti ilə pul verib qan, sidik analizi verdim, rentgen və ultura səs müayinədən keçdim.Pərvanə həkim mənə bildirdi ki, sənin ağciyərində güclü xəstəlik var. Mənə buna görə bahalı firma dərmanları yazdı.Bir ay müalicə edildikdən sonra yaxşılaşmadığım üçün Pərvanə həkimin qəbuluna getdim, onun məsləhəti ilə təkrar olaraq pul verib qan, sidik analizi olundum, rentgen və ultura səs müayinədən keçdim.Yenə əvəlki qaydada mənə ağır dozalı bahalı firma dərmanları yazdı.Yenə müalicəm effekt vermədi yenə qəbuluna getdim yenə həmin qaydada pul verib analiz, müayinə yenə bahalı dərmanlardan müalicə yazdı. Bundan sonra dərmanların təsirindən səsim batdı,arıqlayıb 58 kq oldum.

Səriştəsiz, saxtakar həkim Pərvanə Eyvazovanın səhv mülaicəsi nəticəsində səhhətim dahada ağırlaşdı deyə məni təcili qonşu Göyçay rayon Xəstəxanasına apardılar.Orada məni müayinə edən həkimlər bildirdilər ki, sənin ağciyərində heç bir problem olmayıb diaqnozların və müalicən səhv aparılıb, sənin ürəyində problem var.Orada həkimlərin məsləhəti ilə Bakı şəhərinə Mərkəzi Neftçilər Xəstəxanasına gəldim .

Mərkəzi Neftçilər Xəstəxanasında məni həkim Saleh Hüseynov obyektiv müayinə etdi və müalicə yazdı. Həkim Saleh Hüseynovun düzgün müalicəsi nəticəsində sağaldım, indi özümü yaxşı hiss edirəm. Ucar rayon mərkəzi xəstəxanasının saxtakar, savadsız həkim Pərvanə Eyvazovanın dələduzluğunun qurbanı olub uzun müddət yataq xəstəsi oldum deyə işimi , sağlamlığımı itirdim, səsim batdı, maddi ziyana düşdüm.Müalicə üçün Pərvanə həkim məndən xeyli miqdarda aldığı pul yox mənim səhhətimə vurduğu cidi zərər məni çox-çox narahat edir.Ucar rayon Xəstəxanasının həkimi Pərvanə Eyvazovanın bu hərəkəti cinayət əməlidir.Mən onun saxtakarlığı, savadsızılığı barədə Prezidentə, Mehriban xanım Əliyevaya, Səhiyyə Naziri Oktay Şirəliyevə, Baş Prokurora və digər orqanlara şikayət ərizəsi ilə müraciətlər etmişəm.Onun cinayət əməllərini təsdiq edən subutları orqanlara təqdim edəcəyəm.Gözləmək lazım deyil ki, bu saxtakar həkimin səhvi nəticəsində çoxlu sayda insan ölsün.Belə yaramaz, savadsız və saxtakar həkimin fəaliyyəti araşdırılmalı və onun barəsində ciddi tədbirlər görülməlidir.Pərvanə Eyvazova səhiyyə sistemindən xaric edilməlidir. Sizdən xahiş edirəm təcili tədbirlər görəsiniz.".

Qarşı tərəfi də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
Ucar Xəstəxanasının həkimdən şikayət-Ürəyinin əvəzinə ağciyərini "müalicə" edib-FOTO
Ucar Xəstəxanasının həkimdən şikayət-Ürəyinin əvəzinə ağciyərini "müalicə" edib-FOTO
Ucar Xəstəxanasının həkimdən şikayət-Ürəyinin əvəzinə ağciyərini "müalicə" edib-FOTO