BolgeXeber.Com » İdman » "Qəbələ"dən tarixi və möhtəşəm qələbə-VIDEO

"Qəbələ"dən tarixi və möhtəşəm qələbə-VIDEO

5-08-2016, 09:58
Oxunub: 3 132 "Qəbələ"dən tarixi və möhtəşəm qələbə-VIDEOFutbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib

Azərbaycanın “Qəbələ” klubu “Bakcell Arena”da Fransanın “Lill” komandasının qəbul edib.

Qarşılaşma Roman Qriqorçukun yetirmələrinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Matçda yeganə qolu 34-cü dəqiqədə Filip Ozobiç vurub.

Xatırladaq ki, Fransada keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatmışdır.

Beləliklə, iki oyunun nəticəsinə görə, Azərbaycan komandası Avropa Liqasının “play-off” mərhələsinə vəsiqəni təmin edib.