BolgeXeber.Com » Media » Arif Quliyev jurnalistləri məhkəməyə verir: “Pul lazımdır, 10 min təzminat istəyəcəm”
Arif Quliyev jurnalistləri məhkəməyə verir: “Pul lazımdır, 10 min təzminat istəyəcəm”
5-08-2016, 11:11
Oxunub: 3 818
Xalq artisti Arif Quliyev jurnalistləri məhkəməyə verməyə hazırlaşır
Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib. A. Quliyev haqqında dezinformasiya yayanlardan təzminat tələb edəcəyini deyib: “Həyat yoldaşım “Semaşko”da müalicə alır. Mən də onun yanına getmişdim. Kimsə məni orda görüb yazıb ki, Arif Quliyev xəstəxanaya yerləşdirilib. Belə yalan olar? Mənə heç nə olmayıb. Təzyiqim qalxmışdı, iynə vurdublar qaydasına düşüb. İstəyirəm yalan yazanları məhkəməyə verim və onlardan 10 min manat tələb edim. Vəziyyət ağırdır. Yoldaşımı əməliyyat etdirməliyəm. İrana və başqa ölkələrə ketmək üçün pul lazımdır”.
Aktyor qeyd edib ki, gəzən söz-söhbətin qarşısını almaq üçün həyat yoldaşını xəstəxanadan çıxararaq evə köçürüb: “Orda yata bilmir, hamı gəlib maraqlanır. Bu səbəbdən dedi ki, evə getmək istəyirəm”.
Qeyd edək ki, iki gün öncə mətbuatda Xalq artisti Arif Quliyevin səhhətində ağır problem yarandığı və onun 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirildiyi haqqında məlumat yayılmışdı.
Bolgexeber.com
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər