BolgeXeber.Com » Şou-Biznes » Müğənni Elnarə yalan danışmaqda ittiham olundu

Müğənni Elnarə yalan danışmaqda ittiham olundu

26-07-2012, 19:05
Oxunub: 4 161 ANS ÇM radiostansiyasından ANS PRESS-ə müğənni Elnarə Xəlilova barədə məlumat daxil olub. Məlumatın mətnini dəyişdirmədən təqdim edirik:

Televiziya kanalllarından birinin efirində yayımlanan verilişdə təəccüblə eşitdik ki, müğənni Elnarə Xəlilova “Qan qrupu"nun yaradıcısıdır və “Təlqin”, ”Hər şey istəyirəm” klipini çəkib.

Əvvala “Qan qrupu"nu ANS ÇM yaradıb və layihəyə Elnarə adicə bir ifaçı kimi dəvət olunub. Lakin yaradıdıcılıq imkanları baxımından qrupu qane etmədiyinə görə buradan uzaqlaşdırılıb. Klip çəkməsinə gəlincə, Elnarə Xəlilova burada da dinləyicilərə yalan danışır.

Hər iki klipi “Bakıfilm” çəkib və burada da Elnarədən yalnız iştirakçılardan biri kimi istifadə olunub. Əlbəttə, biz Elnarə Xəlilovaya pislik arzulamırıq. Əksinə, ona yaradıcılıq uğurları arzulayırıq. Sadəcə istəyirik ki, gələcəkdə daha yalan danışmasın, ən azı ona görə ki, bu çox pis adətdir".