BolgeXeber.Com » Dünya » Donbasda separatçı liderə qarşı sui-qəsd

Donbasda separatçı liderə qarşı sui-qəsd

6-08-2016, 13:15
Oxunub: 2 591 Donbasda separatçı liderə qarşı sui-qəsdQondarma Luqansk Xalq Respublikasının rəhbəri İqor Plotnitskinin maşını partladılıb

İki nəfər xəsarət alıb. Avtomobili partladılan qondarma “Luqansk xalq respublikası”nın rəhbəri xəstəxanaya yatırılıb.

Bu məlumatı Luqansk informasiya mərkəzi təsdiqləyib.

“Respublika başçısı paytaxt xəstəxanalarından birinə yatırılıb”, - məlumatda deyilir.

Daha öncə Plotnitskinin vilayət xəstəxanasına göndərildiyi və həmin xəstəxananın mühasirəyə alındığı barədə məlumat yayılmışdı.

“LXR” Dövlət təhlükəsizliyi nazirliyində partlayış faktı təsdiqlənib.

Əməliyyatçılar hazırda hadisə yerindədirlər.

***

Bu barədə informasiyanı “RİA-Novosti” agentliyi yayıb. Partlayış nəticəsində iki nəfər yaralanıb.

Qeyd edək ki, Luqansk Ukrayna ərazisidir. 2014-cü ilin iyulunda Rusiyanın aktiv dəstəyi ilə buradakı separatçılar Ukrayna mərkəzi hakimiyyətinin tabeliyindən çıxıblar.