BolgeXeber.Com » Gündəm » Əhməd Əhmədzadəyə yaxın olması iddia olunan şirkət Yardımlını viran qoyur

Əhməd Əhmədzadəyə yaxın olması iddia olunan şirkət Yardımlını viran qoyur

18-08-2016, 10:19
Oxunub: 4 317 Əhməd Əhmədzadəyə yaxın olması iddia olunan şirkət Yardımlını viran qoyurŞirkət rəsmisinin münasibətindən belə çıxır ya “Kənan İnşaat” Azərbaycan qanunlarında xəbərsizdir,ya da sadəcə qanunları saya saymır,kimlərəsə arxayındır

Bolgexeber.com-a Yardımlı rayonunda Su-kanalizasiya sisteminin çəkilişi ilə məşğul olan şirkət-“Kənan İnşaat” haqqında ilginc şikayətlər daxil olmuşdur. Belə ki, Bolgexeber.com-a verilən məlumatda bildirlir ki, bu işdə podratçı şirkət olan -“Kənan İnşaat” işin icrası zamanı çoxsaylı qanun pozuntularına yol verir . Daxil olan məlumatda həmçinin qeyd olunur ki, əmək qanunvericiliynə görə iş saatı 8 saat olmasına baxmayaraq boru çəkilişində işləyən fəhlələr 14,hətta bəzən hətta 15-16 saat çalışırlar,daha doğrusu onlar buna məcbur edilirlər. Şirkət işçilərin maddi vəziyyətindən,işsiz qalmaq qorxusundan bacarıqla istifadə edir.Şirkətin fəaliyyətində qanunsuzluqlar təkcə bununla kifayətlənmir. “Kənan İnşaat”ın rəhbərliyi işin icrası zamanı texniki təhlükəsizlik qaydalarına qətiyyən riayət etmir, ailələrinə çörəkpulu qazanmağa çalışan işçilərin çıxıllmaz vəziyyətindən,müəyyən mənada asılığından istifadə edərək onlarla əmək müqaviləsi bağlamır. Məlumatda bildirlir ki, rəsmi kağızlarda işçilərə yemək pulu 10 manat miqdarında sənədləşsə də,onlara 5 manat yemək pulu verilir. Bundan başqa şirkət işin icrası zamanı Yardımlı rayonunun mərkəzi yollarını bərbad vəziyyətə salıb. Halbuki bu yolların çəkilişi üçün bir müddət əvvəl prezidentin göstərişi ilə dövlət büdcəsindən xeyli pul ayrılıb.

Bolgexeber.com bildirir ki, qaydaya görə çəkilən su kanalizasiya boruları izolyasiya olunmalıdır, ətrafı qumla doldurmalıdır,lakin şirkət rəhbərliyi bu normativlərə qətiyyənməhəl qoymur. Qeyd edilir ki, “Kənan İnşaat” bu işdə podraçı şirkətdir ,baş podradçı qismində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti çıxış edir. Biz bilmək istədik ki, adıçəkilən şirkət su borularının çəkilişi zamanı yolları qazmaq üçün müfafiq qurumlardan icazə alıbmı? Məsələ ilə bağlı Bolgexeber.com “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. Anar Nəcəfli Bolgexeber.com –a açıqlamasında bildirdi ki, məsələdən xəbəri yoxdur və icazəni onlar verməyib, “Azərsu” verib. Lakin maraqlıdır ki, Yardımlı rayon icra hakimiyyəti Bolgexeber.com-a açıqlamasında “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbərini fikirlərini təkzib etdi.İcra hakimiyyətinin rəsmisi bildirdi ki,inşaatla bağlı texniki şərti elə “Azəravtoyol” ASC verib və bununla bağlı əllərində sənəd də var. Bolgexeber.com obyektivlik naminə “Kənan İnşaat”la da əlaqə saxlayıb. Şirkətin rəsmisi olan Elşən müəllim saytımıza qəribə cavab verərək bildirdi ki,onların işinə Əhməd Əhmədzadədən başqa heç kim müdaxilə edə bilməz və heç kimin onların işini araşdırmağa ixtiyarı yoxdur,buna imkan verməzlər də. Çox qəribə məntiqdir.Şirkət rəsmisinin münasibətindən belə çıxır ya “Kənan İnşaat” Azərbaycan qanunlarında xəbərsizdir,ya da sadəcə qanunları saya saymır,kimlərəsə arxayındır.
Yaxın zamanlarda məsələ ilə bağlı geniş reportaj hazırlayaraq oxuculara təqdim edəcəyik. Araşdırmamız davam edir.
Qarşı tərəflərin də mövqelərini dinləməyə hazırıq.
Bolgexeber.com