BolgeXeber.Com » Dünya » 6 yaşlı qız uşağını bir keçiyə görə 55 yaşlı kişiyə ərə verdilər – VİDEO

6 yaşlı qız uşağını bir keçiyə görə 55 yaşlı kişiyə ərə verdilər – VİDEO

8-08-2016, 10:01
Oxunub: 5 242 6 yaşlı qız uşağını bir keçiyə görə 55 yaşlı kişiyə ərə verdilər – VİDEOƏfqanıstanda 6 yaşlı qız uşağı 55 yaşlı kişi ilə zorla evləndirilib

BAKU.WS xəbər verir ki, Qaribqol adlı qızın atası onu 55 yaşlı Səid Abdullaha keçi, düyü, çay, yağ və şəkər qarşılığında satıb.
Toydan sonra Qaribqolu evinə aparan “bəy” qohumlarına onu qızı kimi təqdim edib. Ancaq qohumları Səidi izləyiblər və onun qızı soyundurmağa çalışdığını görüblər. Bundan sonra qohumlar dərhal polisə müraciət edib. Polis qızın atasını və Səid Abdullahı saxlayıb.
Polisə ifadə verən ata ailəsini dolandıra bilmədiyini, ona görə də, qızını evləndirdiyini deyib. Atanın sözlərinə görə, “kürəkən” qızının 18 yaşına çatmadan ona toxunmayacağına söz verib.
Qeyd edək ki, BMT-nin statistikalarına görə, Əfqanıstanda qadınların 46.4 faizi 8 yaşına çatmadan evləndirilir.
Bolgexeber.com