BolgeXeber.Com » İdman » Azərbaycan futbolunda görünməmiş biabırçılıq:hakim baş məşqçini “razborka”ya çağırdı

Azərbaycan futbolunda görünməmiş biabırçılıq:hakim baş məşqçini “razborka”ya çağırdı

8-08-2016, 12:08
Oxunub: 3 572 Azərbaycan futbolunda görünməmiş biabırçılıq:hakim baş məşqçini “razborka”ya çağırdıDünən Şüvəlanda keçirilən AZAL – “Neftçi” matçı tək sayılmayan qol və qırmızı vərəqələrlə yadda qalmayıb

Rekord.az xəbər verir ki, ikinci hissəinin gedişində meydançada bundan da betər biabırçılıq yaşanıb.

Belə ki, ilk qoldan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun əsəbləri tamam tarıma çəkildi. İlk hissədə sayılmayan təmiz qolu da nəzərə alsaq, Əhmədovun hirsini tam başa düşmək olar. Ona görə də AZAL-ın baş məşqçisi ara-sıra hakimlərə də etirazını bildirdir. “Neftçi”nin növbəti hücumu zamanı Məqsəd İsayev rəqibi ilə mübarizədən sonra yerdə qaldı. Bu zaman yan xətt hakimi Namiq Hüseynov bayrağını qaldıraraq qayda pozuntusu qeydə aldı. Bu isə onsuz da əsəbi olan Əhmədovu tamam özündən çıxartdı və o etirazını yan xətt hakiminin diqqətinə çatdırdı. İnsaf naminə Tərlan etirazını kobud şəkildə yox, normal şəkildə bildirdi. Hüseynov isə “Nolub e Tərlan, bəsdi də hər şeyə dillənirsən” deyərək onun etirazına qarşılıq verdi. Bununla da tərəflər arasında bir neçə dəqiqə sürən dialoq başladı. Dialoq zamanı bütün çərçivəni aşan yan xətt hakimi Tərlan Əhmədovu “razborka”ya çağırdı: “oyun qurtarsın gedib söhbət eliyərik”. AZAL-ın baş məşqçisi isə cavabında “harda deyirsən gedib söhbət eliyərik”.

Bu da müasir Azərbaycan hakimliyi. Qapıdan keçən təmiz qolu görməli olan hakimin bunu görməməsi bir yana, hələ haqqını yediyi klubun baş məşqçisini “razborka”ya da çağırır. Halbuki, Namiqin işi kimisə söhbətə çağırmaq yox, hakimlik etməkdi. Baş məşqçi sənə 90 dəqiqə etiraz edə bilər. Sən amma ona cavab qaytarmalı, onunla mübahisə etməli yox, başını aşağı salıb oyununu idarə etməlisən. Görünür, Bolqarıstan toplanışı zamanı hakimlər tək hakimlik üzrə təlimat almayıb.