BolgeXeber.Com » Gündəm » Ermənistan Avropa Yayım Şurasına Azərbaycandan şikayət edəcək

Ermənistan Avropa Yayım Şurasına Azərbaycandan şikayət edəcək

23-11-2010, 01:00
Oxunub: 5 943 Ermənistan Avropa Yayım Şurasına Azərbaycandan şikayət edəcək

Erməni tərəfi Azərbaycanı “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin qaydalarını pozmaqda ittiham edir

Ermənistan Avropa Yayım Şurasının (EBU) dekabrın 2-3-də Cenevrədə keçiriləcək toplantısında Azərbaycandan şikayət etmək niyyətindədir. Bunu Ermənistanın İctimai televiziyasının baş direktorunun müşaviri Diana Manatsakanyan deyib. Onun sözlərinə görə, Azərbaycan “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin qaydalarını dəfələrlə pozub. Erməni tərəfi iddia edir ki, ötən il Azərbaycan televiziyası ölkə vətəndaşlarının Ermənistanın “Eurovision-2009”-dakı təmsilçisinə səs verməsini əngəlləyib. Bundan başqa, ötən şənbə Minskdə keçirilən bu ilin uşaq “Eurovision” müsabiqəsində erməni iştirakçının qalib gəldiyi aydınlaşandan sonra Azərbaycanda müsabiqənin yayımı dayandırılıb.

Qeyd edək ki, uşaqlar arasında müsabiqədə 12 yaşlı Qarabağ ermənisi Vladimir Arzumanyan Ermənistanı təmsil edib və qalib gəlib.