BolgeXeber.Com » İdman » Yay Olimpiya Oyunlarının 3-cü günü medal qazanan ölkələr - CƏDVƏL

Yay Olimpiya Oyunlarının 3-cü günü medal qazanan ölkələr - CƏDVƏL

9-08-2016, 11:56
Oxunub: 3 775 Yay Olimpiya Oyunlarının 3-cü günü medal qazanan ölkələr - CƏDVƏLBraziliyanın Rio-de-Janeyro şəhərində 2016-cı il Yay Olimpiya Oyunları davam edir

Yarışların 3-ci oyun günündən sonra komandaların siyahısına yenidən Birləşmiş Ştatlar liderlik edir.
ABŞ yığma komandasının aktivində ümumilikdə 19 medal var. Onları 13 medal ilə Çin yığması təqib edir. Medal cədvəlinin üçüncü yerində 7 medal ilə Avstraliya qərarlaşıb.
3-cü yarış günü, həm də Azərbaycanın medal qazanması ilə əlamətdar olub. Cüdoçu Rüstəm Orucov finalda yaponiyalı rəqibinə məğlub olaraq Azərbaycana gümüş medal qazandırıb və ölkəmizi medal qazanan ölkələr siyahısına daxil edib. Hazırda Azərbaycan yığması 1 medal ilə 26-cı mövqedə qərarlaşıb.
Yarışlara avqustun 21-də yekun vurulacaq.
Sıra Ölkə Qızıl Gümüş Bürünc Ümumi
1 ABŞ 5 7 7 19
2 Çin 5 3 5 13
3 Avstraliya 4 0 3 7
4 İtaliya 3 4 2 9
5 Yaponiya 3 0 7 10
6 Macarıstan 3 0 0 3
7 Rusiya 2 5 3 10
8 Koreya 2 2 1 5
9 Tailand 2 1 1 4
10 Britaniya 1 1 2 4
11 Braziliya 1 1 0 2
12 İsveç 1 1 0 2
13 Tayvan 1 0 2 3
14 Argentina 1 0 1 2
15 Vyetnam 1 0 0 1
16 Kolumbiya 1 0 0 1
17 Kosovo 1 0 0 1
18 Hollandiya 1 0 0 1
19 Xorvatiya 1 0 0 1
20 İndoneziya 0 2 0 2
21 Yeni Zelandiya 0 2 0 2
22 CAR 0 2 0 2
23 Kanada 0 1 3 4
24 Qazaxıstan 0 1 2 3
25 Ukrayna 0 1 1 2
26 AZƏRBAYCAN 0 1 0 1
27 Danimarka 0 1 0 1
28 Şimali Koreya 0 1 0 1
29 Monqolustan 0 1 0 1
30 Filippin 0 1 0 1
31 Fransa 0 1 0 1
32 Özbəkistan 0 0 2 2
33 Yunanıstan 0 0 1 1
34 Gürcüstan 0 0 1 1
36 İspaniya 0 0 1 1
37 Polşa 0 0 1 1
38 Portuqaliya 0 0 1 1
"Report"