BolgeXeber.Com » Gündəm » Goranboyda anti - referendum QALMAQALI

Goranboyda anti - referendum QALMAQALI

10-08-2016, 21:47
Oxunub: 3 158 Goranboyda anti - referendum QALMAQALIBaş verən hadisədən çarəsiz qalan icra başçısı əhalinin qarşısına çıxa bilmir

Son günlər ölkədə yaxşıya doğru dəyişən siyasi kurs çoxları üçün gözlənilməz olub. Bundan yararlanan bəzi qüvvələr regionlarda ağır vəziyyətdə yaşayan əhali ilə təməsa keçməyə nail olub. Belə bölgələrdən biridə düşmənin təmas xəttdində yerləşən gözəl məkan Goranboyda yaşayan yerli sakinlərdir. Daxil olan məlumata görə Goranboyda ictimai – siyasi vəziyyət getdikcə dəyişir. Buda icra başçısının yerində olmamasından irəli gəlib. Mənbənin azerinews.tv-verdiyi məlumata görə, son aylarda icra başçısının yarıtmaz idarəçiliyi rayonda hərc – mərcliyə səbəb olub. Bundan da yararlanan bəzi qüvvələr də hərəkətə keçib.

Mənbənin verdiyi məlumatda qeyd edib ki, aylardı məzuniyyətdə olan rayon rəhbəri, nəinki yerli sakinlərin problemlərinin həlli üçün addımlar atıb, heç qəbula belə düşə bilməyən camaat Göranboy icra hakimiyyətindəki məmurlar tərəfindən adam yerinə belə qoyulmayıb. Tozun - torpağın içində inildəyən rayon bir tərəfdən də məmur özbaşınalığına məruz qalıb. Mənbə bildirir ki, icra hakimiyyətinin bəzi işbazları əhalini incidir, hörmətsizlik edir . Sosial çətinliklər içində çabalayan yerli sakinləri çizilən siyasətə qarşı çıxmağa məcbur edilir.

Məlumatda daha sonra bildirilir ki, bu qüvvələr ölkədə nüfuza malik olan nurçulardan dəstək alır. Bu səbəbdən rayon əhalisini referenduma qarşı çıxmağa çağrışlar edilir. Gələn məlumatlarda deyilir ki, belə bir tələbəi rədd edən yerli sakinlər çətin duruma düşüb. Buda rayonda bilərəkdən xaosun yaranmasına gətirib çıxara bilər.

Bildirək ki, dəfələrlə Goranboya səfər edən Prezidentin, bütün görüşlərində goranboyluların dərdini öz dərdi bilmiş və onların problemləri üçün əlindən gələni etmişdir. Amma bu gün rayonda baş alıb gedən məmur özbaşınalığı və naşı idarəçilik, ölkə başçısının əhali ilə bağlarını qırır və onun bugünkü siyasətinə kölgə salır. Bu da regionlarda kütləvi narazılıqların ola biləcəyindən xəbər verir...
Ardı var
Qarşı tərəfidə dinləməyə hazırıq.
Bolgexeber.com