BolgeXeber.Com » İdman » UEFA Super Kubokunun yeni sahibi müəyyənləşib - VİDEO

UEFA Super Kubokunun yeni sahibi müəyyənləşib - VİDEO

10-08-2016, 09:50
Oxunub: 3 867 UEFA Super Kubokunun yeni sahibi müəyyənləşib - VİDEO"Real Madrid" və "Sevilya" komandaları üz-üzə gəlib

"Report"un məlumatına görə, həlledici oyunda İspaniyanın iki klubu - "Real Madrid" və "Sevilya" komandaları üz-üzə gəlib. Norveçin Tronheym şəhərindəki "Lerkendal" stadionunda keçirilmiş matç "kral klubu"nun qələbəsi ilə yekunlaşıb - 3:2.
Görüşün əsas vaxtında tərəflər hərəyə iki dəfə fərqlənib. Əlavə vaxtın bitiminə bir dəqiqə qalmış "Real Madrid" qələbə topuna imza atıb.
Qeyd edək ki, 2015-2016 mövsümündə Madrid təmsilçisi Çempionlar Liqasının, "Sevilya" isə Avropa Liqasının qalibi olub.
UEFA Super Kuboku
22:45. "Real Madrid" (İspaniya) – "Sevilya" (İspaniya) - 3:2 (ƏLAVƏ VAXT - 1:0) Qollar: Marko Asensio, 21. Serxio Ramos, 90+3. Dani Karvaxal, 119 - Franko Vaskes, 41. Yevgeni Konoplyanka, 72-penalti ilə Baş hakim: Milorad Majiç Baş hakimin köməkçiləri: Milovan Ristiç, Dalibor Curceviç Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya) Dördüncü hakim: Şimon Marçinyak Ehtiyat hakim: Tomaş Listkeviç (hər ikisi Polşa) Tronheym (Norveç). "Lerkendal" stadionu.