BolgeXeber.Com » İdman » Boksçumuz qələbə qazandı - 1/8 finala yüksəldi

Boksçumuz qələbə qazandı - 1/8 finala yüksəldi

10-08-2016, 10:36
Oxunub: 3 266 Boksçumuz qələbə qazandı - 1/8 finala yüksəldiMəhəmmədrəsul Məcidov rəqibinə 3:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib

Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

Mərakeş təmsilçisi Məhəmməd Arjoui ilə qarşılaşan boksçumuz rinqdən qalib ayrılıb və növbəti mərhələyə adlayıb.

Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız ilk olaraq 1/16 finalda çıxış edib. Rəqibinə 3:0 hesabı ilə qalib gələn təmsilçimiz 1/8 finala yüksəlib. O, bu mərhələdə qazaxıstanlı İvan Diçko ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışın V günündə аzərbaycanlı boksçu Kamran Şahsuvarlı 1/8 finala yüksəlib. O, bu mərhələdə rusiyalı Artyom Çebotaryov ilə döyüşəcək. Həmin matç avqustun 13-də keçiriləcək.

Daha bir аzərbaycanlı boksçu Albert Səlimov 1/4 finala yüksəlib.