BolgeXeber.Com » Bölgə » İcra başçısı ziyarətgaha da "patent" qoyub? - Beyləqanda şok olay

İcra başçısı ziyarətgaha da "patent" qoyub? - Beyləqanda şok olay

10-08-2016, 11:39
Oxunub: 3 323 İcra başçısı ziyarətgaha da "patent" qoyub? - Beyləqanda şok olayBeyləqanda sahibkarlar onlardan tələb olunan pulların adının xeyriyyəçilik yoxsa "patent" olduğunu aydınlaşdıra bilmirlər

Beyləqan rayonundakı iri sahibkarlardan icra hakimiyyəti pul yığmağa başlayıb. Bu barədə Qlobal.az saytına məlumat daxil olub.

Məlumatda deyilir ki, pulun hansı məqsədlə yığıldığı bəlli deyil. Çünki yerli sahibkarlardan əsasən yaz və payız aylarında pul yığılır. İlin bu fəslində- yayın qaynar qızmarında isə Beyləqan rayonunda hələ indiyədək sahibkarlardan pul yığılmayıb. Məsələnin maraqlı tərəfi isə budur ki, icra hakimiyyəti tərəfindən start verilən "xeyriyyəçilik aksiyası"na Beyləqan rayonunda yerləşən "Cərcis peyğəmbər ziyarətgahı"nın da cəlb edilməsidir. Təxmini hesablamalara görə ölkənin ən böyük ziyarətgahlarından sayılan Cərcis peyğəmbər ziyarətgahını hər ay orta hesabla 10000-ə yaxın şəxs ziyarət edir. Burada yığılan vəsaitlərin həcmi açıqlanmasa da mənbəmizin sözlərinə görə bu rəqəm təqvimdəki aylardan asılı olmayaraq daim altı rəqəmlidir. Məlumatda daha sonra deyilir ki, həmişə icra hakimiyyətinin pul yığımına heç də könüllü olaraq qoşulmayan beyləqanlı sahibkarlar bu dəfə prosesə ziyarətgahın da cəlb olunduğunu görüb etiraz etmirlər.

Verilən məlumatda daha sonra deyilir ki, sentyabr ayında keçiriləcək referendum seçkilərindən sonra RİH-nin başçısı Vaqif Abdullayev vəzifəsindən azad olunacaq. Ona görə də Vaqif Abdullayev indidən "ehtiyat tədbirləri" görməyə başlayıb.

Ancaq digər bir məlumatda isə vurğulanır ki, Vaqif Abdullayev ilin sonuna kimi paytaxt rayonlarının birinə RİH başçısı təyin ediləcəkdir.

İcra hakimiyyətinin işçilərinin rayonda sahibkarlardan hansı məqsədlə pul yığdıqlarını dəqiqləşdirmək cəhdimiz alınmadı.
Bolgexeber.com