BolgeXeber.Com » İdman » Rio-2016: kim nə qədər medal qazanıb? - CƏDVƏL

Rio-2016: kim nə qədər medal qazanıb? - CƏDVƏL

10-08-2016, 14:52
Oxunub: 3 212 Rio-2016: kim nə qədər medal qazanıb? - CƏDVƏLBraziliyanın Rio-de-Janeyro şəhərindən XXXI Yay Olimpiya Oyunları davam edir

Bolgexeber.com
apasport.az-a istinadən bildirir ki, yarışın 5-ci günü daha 15 dəst medal öz sahibini tapıb.
Mükafat qazanan ölkələr arasında ABŞ liderliyini davam etdirib. Onlar aktivlərinə daha 4 qızıl, 1 gümüş və 2 bürünc medal əlavə etməklə, medal sayını 26-ya yüksəldiblər. Çin də ikinci pillədəki yerini qoruyub. Asiyalılar yarışın 5-ci günü 3 qızıl və 1 bürünc medala seviniblər. Üçüncü pillədə isə dəyişiklik olub. Avstraliya yığması 2 bürünc medal qazansa da, yerini 1 dəst mükafat qazanan Macarıstana verməli olub.

V gün daha 9 yığma medal sevinci yaşadığından, siyahıdakı ölkələrin sayı 47-yə çatıb.

Azərbaycan millisi isə medal qazanmadığından aşağı pillələrə düşüb. Hesabında 1 gümüş mükafat olan komandamız 32-38-ci yerlərə şərikdir.

Qeyd edək ki, millimiz 1 gün öncə Danimarka, Fransa, Monqolustan, Filippin və KXDR-lə 27-32-ci yerləri bölüşürdü.
Qızıl Gümüş Bürünc Cəmi
1 ABŞ 9 8 9 26
2 Çin 8 3 6 17
3 Macarıstan 4 1 1 6
4 Avstraliya 4 0 5 9
5 Rusiya 3 6 3 12
6 İtalya 3 4 2 9
7 Cənubi Koreya 3 2 1 6
8 Yaponiya 3 1 10 14
9 Fransa 2 3 1 6
10 Tailand 2 1 1 4
11 Böyük Britaniya 1 3 2 6
12-13 Almaniya 1 2 0 3
İsveç 1 2 0 3
14 Braziliya 1 1 0 2
15 Çin Taypeyi 1 0 2 3
16-18 Belçika 1 0 1 2
Yunanıstan 1 0 1 2
Hollandiya 1 0 1 2
19-24 Argentina 1 0 0 1
Kolumbiya 1 0 0 1
Xorvatiya 1 0 0 1
Kosovo 1 0 0 1
Sloveniya 1 0 0 1
Vyetnam 1 0 0 1
25-28 İndoneziya 0 2 0 2
Yeni Zelandiya 0 2 0 2
KXDR 0 2 0 2
CAR 0 2 0 2
29 Kanada 0 1 4 5
30 Qazaxıstan 0 1 3 4
31 Ukrayna 0 1 1 2
32-38 Azərbaycan 0 1 0 1
Danimarka 0 1 0 1
Malayziya 0 1 0 1
Monqolustan 0 1 0 1
Filippin 0 1 0 1
Slovakiya 0 1 0 1
Türkiyə 0 1 0 1
39 Özbəkistan 0 0 2 2
40-47 İspaniya 0 0 1 1
Gürcüstan 0 0 1 1
İsrail 0 0 1 1
Qırğızıstan 0 0 1 1
Polşa 0 0 1 1
Portuqaliya 0 0 1 1
İsveçrə 0 0 1 1
BƏƏ 0 0 1 1