BolgeXeber.Com » Bölgə » Bərdədə “Dini radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə ilə bağlı tədbir

Bərdədə “Dini radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə ilə bağlı tədbir

10-08-2016, 17:27
Oxunub: 3 833 Bərdədə “Dini radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə ilə bağlı tədbirTədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq qonaqları təqdim etdi

10 avqust 2016-cı il tarixdə S.Vurğun adına Mərkəzi kitabxanada Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin və Bərdə rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihənin icrası ilə bağlı gənclərlə tədbir keçirilmişdir.Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Eldəniz Səfərov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Elvin Abbasov, baş məsləhətçisi Rahib İbrahimov, aparıcı məsləhətçilər Fuad Şirinov və Tural Ələkbərov, Tərtər rayonu “Cümə” məscidinin axundu Hacı Sadiq Cəfərov və fəal gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq qonaqları təqdim etdi və radikalizmin yaranmasından, ona dəstək verən, respublikamızın inkişafına mane olmaq istəyən qüvvələrdən, dünyada və ölkəmizdə radikalizmlə aparılan mübarizədən danışdı. O,qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bütün dünya ictimaiyyətinə Azərbaycanın tolerant bir ölkə olmasını bir daha sübut etdi.
“Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin sədr müavini Zahid Əkbərov çıxış edərək tarixi İpək yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmasından, ölkəmizdə multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrilməsindən danışdı. O, qeyd etdi ki, müəyyən siyasi qüvvələrin dəstəyi ilə müxtəlif formada fəaliyyətdə olan radikalizmlə mübarizəni, biz gənclər, Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək, yüksək vətənpərvərlik və vətəndaşlıq həmrəyliyi nümayiş etdirərək aparmalıyıq.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Elvin Abbasov çıxış edərək qeyd etdi ki, müasir dünyada xüsusilə Yaxın Şərqdə dini zəmində münaqişələr, dini radikalizm və ekstremizmin artması, Avropada islamafobiya və antisemitizm meyillərinin güclənməsi multikulturalizm ideyalarının tənəzzülünün təzahürüdür. Müəyyən qüvvələr dini radikal qruplardan istifadə etməklə Azərbaycanda da zaman-zaman öz siyasi məqsədlərini həyata keçirməyə cəhd göstərsələr də, dövlətimiz tərəfindən dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm qanunvericilik, institusional və inzibati tədbirlər bu kimi meyillərin ölkəmizdə sosial dayaq tapmasına imkan verməmişdir. Bundan başqa, respublikamızın bütün bölgələrini əhatə edən dini maarifləndirmə işləri radikal və ekstremist dünya görüşünün Azərbaycan cəmiyyətinə sirayət etməsinin, xüsusilə də gənclərin milli-mənəvi dəyərlərimizə zidd ideologiyaların təsiri altına düşməsinin qarşısını alan mühüm faktorlardandır.Tərtər rayonu “Cümə” məscidinin axundu Hacı Sadiq Cəfərov ölkəmizdə dini tolerantlığın bərqərar olmasından danışaraq, gənclərlə maarifləndirici görüşlərin vacibliyini xüsusilə vurğuladı və qeyd etdi ki, din xadimlərinin də gücündən istifadə etmək lazımdır.
Qonaqlar gəncləri maraqlandıran sualllara geniş və ətraflı cavab verdilər.
Sonra “Fitnə” sənədli filmi gənclərə nümayiş etdirildi.Tədbir iştirakçılarına köynəklər, sertifikatlar, qeyd dəftərçələri, qələmlər və mövzu ilə bağlı hazırlanmış bukletlər paylandı, fasilə zamanı çay və şirniyyata qonaq edildilər. Tədbirə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov yekun vuraraq qonaqlara gənclər adından minnətdarlığını bildirdi.
Bolgexeber.com
Bərdədə “Dini radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə ilə bağlı tədbir
Bərdədə “Dini radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə ilə bağlı tədbir
Bərdədə “Dini radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə ilə bağlı tədbir
Bərdədə “Dini radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə ilə bağlı tədbir
Bərdədə “Dini radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə ilə bağlı tədbir
Bərdədə “Dini radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə ilə bağlı tədbir