BolgeXeber.Com » İdman » Qazaxıstanın olimpiya çempionu olan idmançımız Azərbaycandan niyə küsüb getmişdi? – FOTOLAR

Qazaxıstanın olimpiya çempionu olan idmançımız Azərbaycandan niyə küsüb getmişdi? – FOTOLAR

11-08-2016, 12:23
Oxunub: 4 923 Qazaxıstanın olimpiya çempionu olan idmançımız Azərbaycandan niyə küsüb getmişdi? – FOTOLARCahangir Əsgərovun qohumu N.Rəhimovun atasını "çörəkbişirən" adlandırmışdı

Atası təhqir olunan, özü məşqlərə buraxılmayan atlet Qazaxıstan bayrağı altında olimpiya çempionu oldu.

Hələ 2014-cü ildə mətbuatda “Azərbaycanlı atlet ölkəni tərk etdi” başlığı ilə xəbərlər dərc edilirdi. N.Rəhimovun özü və atası Əli Rəhimov jurnalistlərlə əlaqə saxlayaraq, onlara qarşı çoxlu sayda haqsızlıqların edildiyini deyirdilər.

AZXEBER.COM xəbər verir ki, Nicat 2 il öncəki açıqlmasında millinin düşərgəsini tərk etməsində bolqarıstanlı baş məşqçi Zlatan Vanevin böyük “əməyi” olduğunu demişdi: “ Azərbaycan millisinin məşq bazası pozğunçuluq yuvasına bənzəyir, nəzarət yoxdur. İçki içən də, siqaret çəkən də, qumar oynayan da var. O, hər şeyə göz yumurdu. Bu səbəbdən də Vanevi vecimə almırdım. Hər gün məşq başlayanda mənə “səni yığmadan uzaqlaşdıracam, federasiyadan aldığın 500 manatı kəsəcəm” deyirdi. Bu səbəbdən atam məni təlim-məşq toplanışından uzaqlaşdırıb, İslam Həmrəyliyi Oyunlarına özü hazırladı. Sonra eşitdik ki, məni yarışa aparmayacaqlar. Atam bunun səbəbini Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov və baş məşqçi Vanevdən soruşub. Deyiblər ki, Nicatı sən hazırlayacaqsan, gedib İslamiadanın qalibi olacaq və deyəcəksən ki, mən hazırladım”.

Cahangir Əsgərovun qohumu N.Rəhimovun atasını "çörəkbişirən" adlandırmışdı

Nicat Rəhimovun atası Əli Rəhimov da tanınmış idmançı olub. Rəhimovların Azərbaycanı tərk etməsinin bir digər səbəbi də Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərovun Əli Rəhimov haqqında dediyi sözlər olmuşdu. Belə ki, İsgəndər Əsgərov idmançının atasını çörəkbişirən adlandırmışdı:

“Nicatın şəxsi məşqçisi onun atasıdır. Atası isə çörəkbişirəndir. Ancaq Zlatan peşəkar məşqçidir. Peşəkarlarla işləmək istər olimpiya, istərsə də digər yarışlarda idmançıları qızıl medala daha da yaxınlaşdırır. Əgər yarışlarda qalib olmaq istəyirsənsə, çətinliyə dözməlisən, dərmanlarla məşq etməməlisən. Nicat və onun kimilər bunu qəbul etmək istəmir. Bizim məqsədimiz isə Olimpiya oyunlarında daha çox qızıl medal əldə etməkdir” - deyə, İ.Əsgərov bildirib.

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərov bir müddət sonra Federasiya prezidenti və yaxın qohumu, AZAL rəhbəri Cahangir Əsgərov tərəfindən tutduğu vəzifədən azad edilmişdi

Bütün bunlardan sora millini tərk edən N.Rəhimov dünən Qazaxıstan bayrağı altında iki hərəkətin cəmində 379 kq (165+214) nəticə göstərərək, dünya rekordu da qırıb və olimpiya çempionu olub.