BolgeXeber.Com » Gündəm » İcra başçısına get deyən goranboylular magistral yolu bağladı : məmurlar döyüldü

İcra başçısına get deyən goranboylular magistral yolu bağladı : məmurlar döyüldü

12-08-2016, 21:51
Oxunub: 3 840 İcra başçısına get deyən goranboylular magistral yolu bağladı : məmurlar döyüldüKöçkünlərin aksiyası barədə xəbər tutan Nizaməddin Quliyev hadisə yerinə Su Kanal İdarəsinin rəisi Dilqəm Əvəzovu yollayıb

Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin qanunsuz əməlləri ilə bağlı xəbərlər demək olar ki, hər ay ölkə gündəmini zəbt edir. Ən maraqlı məqam isə burasındadır ki, Nizaməddin Quliyevin əməlləri sadalansa da, haqlı tənqidlərə məruz qalsa da ancaq o, cəzasız qalmaqda davam edir.

Gununsesi.info bildirir ki, özünü cəzasızlıq mühitində hiss edən icra başçısı bu dəfə rayonda məskunlaşan Kəlbəcər köçkünlərinin hədəfinə tuş gəlib. Goranboyun Qaraçinar, Şəfəq və Safıkürd kəndlərinə gələn su borularını kəsdirib, satdıran icra başçısı bu dəfə həmin kəndlərin sakinləri və orada məskunlaşan Kəlbəcər köçkünlərinin etirazına səbəb olub. Gununsesi.info-nu məlumatlandıran köçkünlərin sözlərinə görə, Qaraçinar kəndində yaşayan kəlbəcərlilər magistral yolu bağlayıblar. Köçkünlərin aksiyası barədə xəbər tutan Nizaməddin Quliyev hadisə yerinə Su Kanal İdarəsinin rəisi Dilqəm Əvəzovu yollayıb. Ancaq qəzəblənmiş kütlə Dilqəm Əvəzovu elə oradaca döyüb. Polis qüvvələrinin əraziyə cəlb olunmasından sonra insanları sakitləşdirmək mümkün olub.
Mövzuya qayıdacağıq.
Bolgexeber.com