BolgeXeber.Com » Bölgə » "Alimpaşa Məmmədov başçı təyin olunanda camaat çox sevindi" - sabiq deputat

"Alimpaşa Məmmədov başçı təyin olunanda camaat çox sevindi" - sabiq deputat

15-08-2016, 10:07
Oxunub: 3 385 "Alimpaşa Məmmədov başçı təyin olunanda camaat çox sevindi" - sabiq deputatTəəssüflər olsun ki,ötən müddət ərzində də heç bir tədbir görülmədi. İndi yenə də köhnə ənənə yeni başçının timsalında davam edir

"Alimpaşa Məmmədov Şəmkirə İcra başçısı təyin olunanda camaat çox sevindi. Çünki ondan əvvəlki Nazim Veysov adlı korrupsioner rayonun abadlaşdırılması üçün dövlət tərəfindən ayrılan milyonları Şəmkirdəki 2-3 küçəni təkrar-təkrar söküb-yığmağa sərf edərək mənimsədi. Rayon mərkəzinə yaxın olan (bizim kənd də başda olmaqla) asfalt üzünə həsrət qalan neçə-neçə kəndsə qaldı kənarda".

Vətəninfo.az xəbər verir ki, bu fikiləri sabiq deputat Etibar Hüseynov deyib. Onun sözlərinə görə, neçə ildir o bərbad yolun ucbatından məktəbdə dərs deməyə müəllim tapılmır: "Təsəvvür edin ki, həmin kənd orta məktəbinin 8-10-cu sinifini bitimiş məzunlarin bəziləri Gəncədəki kolleclərdən diplom alıb bir-neçə (!!!) fənndən dərs deyir. Bu səbəbdən də artıq 20 ildir ki, kənd məktəbinin bircə nəfər də olsun məzunu Ali məktəbə qəbul olmayıb. Millət vəkili olarkən bu məsələni həm mən, həm də Şəmkirin deputatı olan Mübariz Qurbanlı bir-neçə dəfə səsləndirsək də xeyri olmadı. Problemlə bağlı Baş nazir, hörmətli Artur müəllimin qəbulunda iki dəfə oldum. Sağ olsun, apardığım məktubun üstünə dərkənar qoyub tədbir görülməsi üçün Nazim Veysova yolladı. O isə bu gün-sabah deyə- deyə vaxtı uzatdı və sonunda işdən azad olunduğuna görə məsələ də həll olunmamış qaldı. Təəssüflər olsun ki,ötən müddət ərzində də heç bir tədbir görülmədi. İndi yenə də köhnə ənənə yeni başçının timsalında davam edir; yenə də rayon mərkəzindəki küçələrin heç də yararsız olmayan asfalt örtüyü qaşınaraq təzələnir. Bizimkisə qalıb Allaha..."