BolgeXeber.Com » İdman » Sabah Şəriəti Azərbaycana bürünc medal qazandırdı

Sabah Şəriəti Azərbaycana bürünc medal qazandırdı

16-08-2016, 10:32
Oxunub: 2 951 Sabah Şəriəti Azərbaycana bürünc medal qazandırdıAzərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Sabah Şəriəti bürünc medal qazanıb

130 kq. çəki dərəcəsində çıxış edən iranlı legioner son təsəlliverici görüşdə almaniyalı Eduard Popp üzərində təmiz qələbə qazanıb.
O, elə görüşün ilk hissəsində rəqibindən əvvəlcə 2 xal alıb, sonra isə onun kürəyini yerə sıxıb.
Qeyd edək ki, bu, Azərbaycanın güləş növündə ilk, ümumilikdə isə 3-cü medalı olub. Daha öncə cüdoçular Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) gümüş medal qazanıb. Bundan başqa boksçu Kamran Şahsuvarlı (75 kq) yarımfinala yüksələrək, ən azı bürünc medalı özünə təmin edib. Amma onun medalının əyarı dəqiqləşənədək, bu, medal sıralamasında əksini tapmayacaq.
Sabah Şəriəti Azərbaycana bürünc medal qazandırdı