BolgeXeber.Com » Bölgə » 135 gündür məzarının üstü götürülməyən şəhidimiz - Şamaxıda(VİDEO)

135 gündür məzarının üstü götürülməyən şəhidimiz - Şamaxıda(VİDEO)

16-08-2016, 13:46
Oxunub: 3 165 135 gündür məzarının üstü götürülməyən şəhidimiz - Şamaxıda(VİDEO)Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşlərdə Azərbaycan ordusunun şəhid olan əsgəri Şamaxının Məlhəm kəndindəki məzarlıqda torpağa verilib

Azərbaycan Rəssamlıq Akademiyasının yetirməsi gənc heykəltaraş 1994-cü il doğumlu Samir Qaçayev aprel döyüşlərində canını Vətən uğrunda qurban verən şəhidlərimizdən biridir.

BAKU.WS-in redaksiyasına göndərilən bir videoda şəhidin məzarının üstünün götürülmədiyi görünür. Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşlərdə Azərbaycan ordusunun şəhid olan əsgəri Şamaxının Məlhəm kəndindəki məzarlıqda torpağa verilib. Ancaq həmin gündən bu yana şəhidin məzarının üzəri götürülməyib.

Güman edirik ki, məsələ ictimailəşdikdən sonra aidiyyatı orqanlar lazımi addımlar atacaq.
Bolgexeber.com