BolgeXeber.Com » İdman » Rəsul Çunayev Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb

Rəsul Çunayev Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb

17-08-2016, 09:08
Oxunub: 3 566 Rəsul Çunayev Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıbAzərbaycan yunan-Roma güləşçisi Rəsul Çunayev 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb

66 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançı təsəlliverici görüşdə cənubi koreyalı Hansu Ryu üzərində təmiz qələbə qazanıb.
Görüş cəmi 2 dəqiqə 15 saniyə davam edib. Parterdə olan rəqibini bir neçə dəfə başı üzərindən çevirən Çunayev, görüşü 8:0 hesablı qələbə ilə tamamlayıb.
66 kq
Bürünc medal görüşü - Hansu Ryu (KOR) - Rəsul Çunayev 0:8
1/2 final - Miqran Arutunyan (ARM) - Rəsul Çunayev 4:1
1/4 final - Tarek Aziz Benaissa (ALG) - Rəsul Çunayev 2:10
1/8 final - İslam-beka Albiyev (RUS) - Rəsul Çunayev 2:3
1/16 final - Miguel Martinez Palacio (CUB) - Rəsul Çunayev 2:4
Qeyd edək ki, bu, Azərbaycanın yunan-Roma güləşində 2-ci bürünc medalı olub. Beləliklə, "Rio-2016"da ölkəmizin qazandığı medalların sayı 5-ə çatıb. Bunadək cüdoçular Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) gümüş, yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) və kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) bürünc medala sahib olub. Eyni zamanda boksçu Kamran Şahsuvarlı (75 kq) yarımfinaladək irəliləyərək, ən azı bürünc medalı təmin edib."Report"