BolgeXeber.Com » Siyasət » Türkiyə Prokurorluğu Fətullah Güləni 1,9 min il azadlıqdan məhrum etmək niyyətindədr

Türkiyə Prokurorluğu Fətullah Güləni 1,9 min il azadlıqdan məhrum etmək niyyətindədr

17-08-2016, 09:33
Oxunub: 3 043 Türkiyə Prokurorluğu Fətullah Güləni 1,9 min il azadlıqdan məhrum etmək niyyətindədrF.Gülən 1999-cu ildən ABŞ-ın Pensilvaniya ştatında yaşayır

Türkiyə Prokurorluğu dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənə iki ömürlük cəza, 1,9 min il azadlıqdan məhrum edilmə və 2,210 milyon gün inzibatı cərimə tələb edib.

Bu barədə Anadolu agentliyi xəbər yayıb. Daha əvvəl İstanbul məhkəməsi F.Gülənin həbsi barədə qərar çıxarıb. Türkiyənin Adana vilayət məhkəməsi isə F.Gülənin əmlakının müsadirə edilməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

F.Gülən 1999-cu ildən ABŞ-ın Pensilvaniya ştatında yaşayır.

ABŞ-ın Ədliyyə Nazirliyinin nümayəndə heyətinin avqustun 22-də Ankaraya səfər edərək F.Gülənin Türkiyəyə ekstradisiyasını müzakirə etməsi gözlənilir.