BolgeXeber.Com » Sosial » Məktəbli bazarının QİYMƏTLƏRİ - Alan da narazıdır, satan da

Məktəbli bazarının QİYMƏTLƏRİ - Alan da narazıdır, satan da

17-08-2016, 16:25
Oxunub: 4 624 Məktəbli bazarının QİYMƏTLƏRİ - Alan da narazıdır, satan daMağaza satıcısı Bəsti Aslanovanın sözlərinə görə, əvvəlki illərlə müqayisədə alıcılıq qabiliyyəti çox aşağıdır

Yeni tədris ilinin başlanmasına 1 aydan da az vaxt qalıb. Uşaqlar 3 aylıq tətildən sonra məktəbə, valideynlər isə məktəb üçün alış-verişə hazırlaşırlar. Bəs şagird ləvazimatları satılan mağazalarda Bakı Tikiş Evinin təqdim etdiyi məktəbli formaları neçəyədir? Modern.az məsələ ilə bağlı araşdırma aparıb.

Mağaza satıcısı Bəsti Aslanovanın sözlərinə görə, əvvəlki illərlə müqayisədə alıcılıq qabiliyyəti çox aşağıdır.

“Ötən ilin fevral ayında baş verən devalvasiyadan sonra satışda azalma baş verdi. Ancaq bu il daha da pis oldu. Mağazaya gələn müştərilər qiymətlərlə maraqlanırlar və kor-peşman geri qayıdırlar. Əvvəllər avqust ayının 1-dən valideynlər məktəbli üçün alış-veriş edirdilər. İndi avqustun ortalarıdı, məktəbin açılmasına 1 aydan da az vaxt qalıb, amma demək olar ki, gələn yoxdu. Keçən ilə qədər keyfiyyətli ləvazimatlara daha çox üstünlük verilirdi. Amma sonradan qənaət etmək üçün ucuz və kiçik ləvazimatlar alırlar ki, digər ləvazimatlara da pulları çatsın. Elə biri mən, 300 manat maaş alıram, bunun da bir qismi yolpulu, yeməkpulu və digər xərclər üşündür. Yoldaşım da ustadı, iş olanda işləyir. İkimizin birlikdə evə apardığımız məbləğ 500-600 manat olur. 2 uşağımız var, ikisinin birlikdə məktəb xərci ən azı 250 manat edir. Hələ məktəb başlayandan sonra əlavə xərclər də ortaya çıxır. Məcbur olub borc alıb, zorla yola veririk”.

Alıcı Mikayıl İsmayılov bildirib ki, indiki dövrdə Azərbaycanda nəinki uşaq oxutmaq, hətta yaşamaq da çətindir. “Maaşı ayın əvvəli alıram, ona görə də gəldim indidən qiymətləri müəyyənləşdirim. Qiymətlər çox bahadı, 2 uşaq atasıyam. Uşaqların məktəb alış-verişi ən az 300 manata başa gələcək. Bu alış-veriş təkcə kitab-dəftərlə bitmir. Məktəbli forması, ayaqqabı da almalıyıq. Xərclər bununla bitsə nə vardı.... Dərslər başlayandan sonra hər gün uşaqlara yeməkpulu verilməlidir, testlər və əlavə kitablar alınmalıdır. Bunları nəzərə alanda, kredit götürməyi fikirləşirəm. Çünki nə qədər hesablayıram, orta bir şey çıxmır”.

Digər valideyn Nəzrin Abdullayeva deyir hələ maaşı almadığından qiymətlərlə maraqlanmayıb:

“2 uşağım var, biri 5-ci, digəri isə 7-ci sinifdə oxuyur. Sentyabrın 1-dən sonra alış-verişə çıxmağı planlaşdırırıq. Çalışacağıq ki, uşaqlar üçün hər şey alaq. Qiymətlərdə bir az artım var. Keçən il iki uşağa ümumilikdə 280 manat xərcimiz çıxdı. Yəqin ki bu il daha da artıq olar. Çətinlik olsa da, bu alış-veriş vacibdir”.

Məktəb ləvazimatlarının qiymətini təqdim edirik.
Ləvazimatın adı Qiyməti (AZN)
Çanta 15-85 manat arası
Dəftər
12 vərəqli 15 qəpik (sadə) - 25 qəpik (üstü şəkilli, Rusiya istehsalı)
24 vərəqli 40 qəpik
48 vərəqli 60-80 qəpik
60 vərəqli 80 qəpik
96 vərəqli 1 manat
Cild (kitab üçün)- 25-30 qəpik
Cild (dəftər üçün) 10-20 qəpik
Qələm 10 qəpikdən 3 manata qədər
Xətkeş 40 qəpikdən -1.50 manata qədər, dəst 2.50 manat
Qələmdan (çanta üçün) 2 manat 40 qəpikdən 8 manata qədər
Qələmdan masa üçün 1.80 manat - 3.50 manat
Rəngli karandaş (12 rəng) 2.50 - 8 manat arası
Flomaster (12 rəng) 2-5 manat arası
Boya (18 rəng) 1.50 - 4 manat arası
Palitra 2.50-4 manat arası
Fırça (1 ədəd) 40 qəpikdən 1.80 manata qədər
Fırça (dəst) 3.50 manat - 11 manat
Karandaşyonan 60 q - 3 man
Plastilin (12 rəng) 1-10 manat
Həndəsi fiqurlar 6-8 manat
Rəngli kağız (16 kağız, hər rəngdən 2 ədəd ) 80 qəpik - 1.50 manat
Albom 60 qəpik - 2.50 manat
Pozan 30 q -1.20manat
Adi karandaş 10 qəpik - 40 qəpik
Qalın karandaş 50 qəpik
Su qabları 3-5 manat
Termos 3.50 - 10 manat
Hesablama lövhəsi 2.50 - 3.50 manat
Qovluqlar 40 qəpikdən 3.50 manata qədər
Lövhə 2.50 - 7 manat
Yapışqan 40 qəpik - 1.50 manat

BTE-nin təqdim etdiyi məktəbli formalarının qiyməti:
I-VI siniflər VII-XI siniflər
Ölçü Qiymət Ölçü Qiymət
26 50 manat 46 59 manat
28 50 manat 48 59 manat
30 50 manat 50 59 manat
32 50 manat 52 59 manat
34 50 manat 54 59 manat
36 50 manat
38 50 manat
40 50 manat
42 50 manat
44 50 manat

Formanın tərkibi:
I-VI siniflər üçün
Kostyum 37 manat + jilet 6 manat + köynək 7 manat
VI-XI siniflər üçün
Kostyum 46 manat + jilet 6 manat + köynək 7 manat



BTE-nin təqdim etdiyi məktəbli formalarının qiyməti:

I-VI siniflər VII-XI siniflər
Ölçü Qiymət Ölçü Qiymət
26 50 manat 46 59 manat
28 50 manat 48 59 manat
30 50 manat 50 59 manat
32 50 manat 52 59 manat
34 50 manat 54 59 manat
36 50 manat
38 50 manat
40 50 manat
42 50 manat
44 50 manat


Formanın tərkibi:
I-VI siniflər üçün
Kostyum 37 manat + jilet 6 manat + köynək 7 manat
VI-XI siniflər üçün
Kostyum 46 manat + jilet 6 manat + köynək 7 manat
Məktəbli bazarının QİYMƏTLƏRİ - Alan da narazıdır, satan da
Məktəbli bazarının QİYMƏTLƏRİ - Alan da narazıdır, satan da