BolgeXeber.Com » Dünya » Ermənistanda bir gün xidmət edən əsgər intihar etdi

Ermənistanda bir gün xidmət edən əsgər intihar etdi

1-12-2010, 13:05
Oxunub: 5 445 Hərbi qulluqçu özünü pəncərədən atıb

Ermənistan ordusunda daha bir intihar faktı qeydə alınıb. Ermənistanın “Jamanak” qəzetinin yaydığı məlumata görə, fakt Lusakert yaxınlığında yerləşən hərbi hissələrdən birində qeydə alınıb.

Hərbi qulluqçu Ermənistan ordusunda cəmi bir gün xidmət etdikdən sonra özünü pəncərədən atıb. İntihardan əvvəl onun Ermənistan ordusunda xidmət etmək istəmədiyi deyilir.

Ermənistan Müdafiə Nazirliyi mətbuat katibi David Karapetyan isə “Armenia Today”a bu faktı nə təsdiq, nə də təkzib edib. O, bununla bağlı mətbuat üçün xüsusi açıqlama yayılacağını bildirib.